Sloqan nədir və niyə önəmlidir?

Sloqan və ya digər adı ilə Motto anlayışı markanın imicinin formalaşmasında və qorunmasında böyük rol oynayır. Sloqan müştərilərin (hədəf kütlə) zehnlərində qalan və qurumu təsvir edən ifadəyə çevrilir.

Sloqan qurumun fəaliyyətini yaxud məqsədini ifadə edən söz, söz birləşməsi və ya cümlə ola bilir. Sloqan müştərinin yaddaşında qaldıqdan sonra həmin ifadənin harada işlənməsindən asılı olmayaraq, siz yada düşəcək, sizin məhsullarınız, imiciniz xatırlanacaq.

Məsələn, qonşu Türkiyədən bizə də tanış olan “Kirlenmek güzeldir” (Kirlənmək gözəldir) dloqanını eşitdiyimiz anda OMO yuyucu tozlarının reklamları və məhsullarını xatırlayırıq.

Bundan əlavə, sloqan markanı rəqiblərindən fərləndirir, həmçinin müştərilərlə marka arasında müəyyən bağ formalaşdırır.

Sloqan təkcə satış məqsədli şirkətlər üçün deyil, sənətçilər, elm adamları, yazıçılar, universitetlər, xəstəxanalar, QHT-lər, siyasi partiyalar üçün də önəmlidir.

Qısası, sloqan/motto önəmlidir, çünki:

  • Xatırladır
  • Qavramağa kömək edir
  • Yer tutmağı təmin edir
  • Fərqlilik yaradır
  • Əlaqələr qurur
  • Təşkilatlandırır
  • Markalaşdırır

Sloqan formalaşdırmaq üçün də hədəf kütlə analiz edilməli, nəticələrə uyğun addım atılmalıdır. Sloqan sadə sözlərdən ibarət olmalı və asanlıqla anlaşılmalıdır.  Sloqanın daha tez yadda qalması və xatırlanması üçün sözlərin qafiyəli və ya ahəngdə olmasına diqqət etmək lazımdır.

Sloqan hazırlandıqdan və rəhbərlik tərəfindən təsdiq edildikdən sonra onu əlinizdə mövcud olan bütün kanallarla yaymalı və tanıtmalısınız. Xüsusilə tv və radio reklamlarında sloqan vurğulanmalıdır.

Sloqan hazırlayarkən isə aşağıdakıları nəzərə almalısınız:

  • Sadə sözlər
  • Orjinallıq
  • İnandırıcılıq
  • Asan yadda qalan
  • Markanın adının istifadəsi
  • Markanın əsas xüsusiyyətinin əks olunması
  • Pozitiv duyğular yaratmalı
  • Tez-tez dəyişdirilməməli

Bir neçə sloqan nümunəsini təqdim edirik:

  • Nike: Sadəcə et (eng. Just do it)
  • LC Waikiki: Yaxşı geyinmək hər kəsin haqqıdır (eng. Everyone deserves to dress well)
  • Apple: Fərqli düşün (eng. Think different)
  • Chevrolet : Amerikanın ürək döyüntüsü (eng. The heartbeat of America)
  • Disneyland: Dünyada ən xoşbəxt yer (eng. The happiest place on earth)
  •  L’Oreal: Çünki buna layiqsən (eng. Because You’re Worth It)

 

 

Mənbə: https://www.brandingturkiye.com/