Category Archives: Bloqumuz

Real Time Marketing nədir?

Real Time Marketing (anlıq marketinq) gündəmlə bağlı markaların həyata keçirdiyi kontent marketinqidir. Gündəmdə olan və istehlakçılar tərəfindən mənimsənilərək sürətli formada sosial şəbəkələrdə paylaşılan və müzakirə olunan mövzular Real Time Marketing (RTM) üçün zəmin yaradır. Markalar həmin mövzunu özləri ilə əlaqələndirərək fürsətə çevirir. Burada əsas məsələ mövzuya vaxtında reaksiya verməkdir. Bunun üçün, hətta, həmin gün paylaşım […]

Film tövsiyəmiz: Good Advice

ABŞ-da çox yaxşı broker işi olan Ryan Turner (Charlie Sheen) milyonlar qazanır. Sevgilisi Cindy isə qəzetlərin birində köşə yazısı yazır və qadınlara münasibətlər barədə tövsiyələr verir. Tale elə gətirir ki, Ryan bir müddət sonra müflisləşir və işsiz qalır. Vəziyyəti belə görən sevgilisi isə ondan ayrılır, qəzetdəki işini də tərk edir.  Həyatını necə davam etdirəcəyini bilməyən […]

Off the Record nədir?

Off the record media sahəsində istifadə olunan anlayış və üsuldur. Müsahibiniz  müsahibə vaxtı hər hansı məlumatı müsahibədən kənar dediyini vurğulayırsa, həmin məlumatı müsahibinizin adından yayımlaya bilməzsiniz. Çünki o, Off the record-dan (qeyddən kənar) istifadə edib. Off the record ifadəsi altında (bizim ölkədə bu ifadə daha çox “bunu sənə dost kimi deyirəm”, “bunu sənə deyirəm, amma […]

Sloqan nədir və niyə önəmlidir?

Sloqan və ya digər adı ilə Motto anlayışı markanın imicinin formalaşmasında və qorunmasında böyük rol oynayır. Sloqan müştərilərin (hədəf kütlə) zehnlərində qalan və qurumu təsvir edən ifadəyə çevrilir. Sloqan qurumun fəaliyyətini yaxud məqsədini ifadə edən söz, söz birləşməsi və ya cümlə ola bilir. Sloqan müştərinin yaddaşında qaldıqdan sonra həmin ifadənin harada işlənməsindən asılı olmayaraq, siz […]

Kodak dünyanın ən böyük puzzle-ını satışa çıxarıb

Kodak, bir çox ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar evdə qalan insanların vaxtlarını daha əyləncəli keçirməsi üçün dünyanın ən böyük puzzle-ını satışa çıxarıb. Ümumilikdə 51300 hissədən ibarət puzzle-da dünyadan 27 mənzərə əks olunub. Hər mənzərə 1900 hissədən ibarətdir. Puzzle-ın ölçüsü isə 8,6 x 1,9 metrdir. Kodak bu iş üçün Cra-Z-Art şirkəti ilə əməkdaşlıq edib. […]

Zoom-da olan hesablar Dark Web-də satılıb

Koronavirus (COVİD 19) pandemiyasına görə evdən çıxa bilməyən insanlar görüşlərini videkonfranslar formasında keçirir. Videokonfranslar üçün isə ən çox istifadə olunan tətbiq ZOOM-dur. Pandemiya ilə əlaqədar ZOOM-da istifadəçi sayının kəskin artması ilə yanaşı, təhlükəsizliyi də gündəmə gəlib. Təhlükəsizliyə dair şübhələr yarandıqdan sonra Google və SpaceX şirkətləri əməkdaşlarına ZOOM-dan istifadəni qadağan edib. Distant təhsil üçün də istifadə […]

Arzuladığın işdən nə vaxt çıxmalı?

PR mütəxəssislərin tez-tez səsləndirdiyi fikirlərdən biri odur ki, “Uğursuzluqlar Uğurun anasıdır”. Buna görə də, qarşılaşdığınız çətinliklər və uğursuzluqlar sizi qorxutmalı deyil. Lakin, bəzən işlər çox yaxşı getdiyi halda belə, uğurların ardıcıl sıralandığı günlərdə çox yaxşı işinizdən ayrılmaq fikrinə düşürsünüz. Bu, doğru qərardırmı? Gəlin, “The New York Times”da 9 il PR komandasında çalışan və gözəl günlərin […]

Məqaləyə iki başlıq yazmağın faydası

İstənilən sahədə çalışan peşəkar insanın gündəlik müqavimət göstərməli olduğu məsələlərdən biri də arqoların* və jarqonların** istifadəsidir. Bu daha çox yazı tərzində özünü büruzə verir. *Arqo – müəyyən sosial qrupun qapalı spesifik dili ** Jarqon – Hər hansı ictimai qrupun, zümrənin istifadə etdiyi özünəməxsus şərti danışıq; ədəbi dilin normalarına uyğun gəlməyən söz və ifadələr. Peşə sahəsinə […]

Speechwriter kimdir?

İstər toy mərasimi, istər məzuniyyət, istər təlim, istər seçki, həyatın bir çox məqamında auditoriya qarşısına keçmək və nitq söyləmək lazım olur. Burada iki məqam var, insanlar hələ sizi tanımırlarsa, sizə önəm verməyəcək, öz işlərində olacaq, siz danışarkən ətrafındakılarla söhbətləşəcəklər və sizin dediyiniz sözlərin heç bir mənası və təsiri olmayacaq. İkinci məqam isə, siz artıq tanınırsınızsa, […]

Film tövsiyəmiz: Wag the Dog

PR sahəsinə marağı olanlar üçün bu film əla nümunə və təcrübədir. Barry Levinsonun rejissorluğunu etdiyi, baş rolları Roberd de Niro və Dustin Hoffman kimi məşhur aktyorlara həvalə olunan 1997-ci il istehsalı filmdə hər şey ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərdən birinin imic böhranı ilə qarşılaşmasıyla başlayır. PR komandası böhranı aradan qaldırmaq və seçiciləri böhrana səbəb olan […]