Türkiyəli marketoloq Temel Aksoy həvəskarları peşəkarlardan fərqləndirən bir neçə bənddən ibarət siyahı təqdim edib. Bu siyahıya baxıb həvəskar yoxsa peşəkar olduğunuzu özünüz təyin edin. Həvəskarlar hədəfə çatıb dayanırlar; Peşəkarlar üçün isə hər uğur yeni başlanğıcdır. Həvəskarların hədəfləri var; Peşəkar üçün keçilməli olan proseslər var. Həvəskarlar hər mövzuda bilikli olduqlarını düşünürlər; Peşəkarlar hansı mövzuya hakim olduqlarını, […]
Category Archives: Bloqumuz
Dünya İqtisadi Forumu (World Economic Forum) ən çox kripto valyuta istifadə edən ölkələrin siyahısını açıqlayıb. Son dövrlərdə Bitcoin başda olmaqla kripto valyutaların yüksək dəyər qazanması hər kəsin diqqətini cəlb edib. Elə bu vaxt Dünya İqtisadi Forumunun açıqlaması kripto valyutaya ölkələrin münasibətini anlamağa kömək olub. Belə ki, siyahıda ilk yerdə Nigeriya yer alır. Nigeriya əhalisinin 33%-i […]
Steven Silver-in 2010-cu il istehsalı filmi The Bang Bang Club mediaya maraq göstərən hər kəs üçün dərslik rolunu oynayır. Greg Marinovich and João Silva-nın ortaq kitabı The Bang-Bang Club: Snapshots from a Hidden War əsasında lentə alınan film ilk dəfə Toronto Beynəlxalq Film Festivalında nümayiş olunub. Filmdə Cənubi Afrikada daxili münaqişələri işıqlandıran dörd dost jurnalistin […]
PR sənayesi günü-gündən böyüyür. Növbəti 5 ildə sənayenin daha da böyüyəcəyi proqnozlaşdırılır. Sənin də arzuladığın iş PR sahəsindədirsə, eləcə işin çıxıb sənə gələcəyini gözləməli deyilsən. Buna görə atmalı olduğun bir neçə addım var. LinkedIn profilini formalaşdır, səliqəyə sal və işlək halda saxla. Bu şəbəkə sənin istədiyin işi axtaracağın ilk platforma olmalıdır. LinkedIn-də PR sahəsinin mütəxəssisləri, […]
Burson-Marsteller PR və Kommunikasiya şirkətində baş məsləhətçi kimi çalışan Arthur Solomon PR mütəxəssislərin hər gün səhər xəbərləri izləməsinin niyə vacib olduğundan danışıb. O, bildirib ki, xəbərlərin hamısı sadəcə xəbər deyil, xəbərlərdə PR gedişləri olur və hər gün xəbərləri diqqətlə izləsəniz, mütləq oradan PR dərsləri çıxaracaqsınız. Gəlin buna sadə misalla baxaq: Misal: 29 sentyabrda Wall Street […]
Fransanın avtomobil şirkəti Peugeot S.A. (PSA) və italya – amerika avtomobil şirkəti Fiat Chrysler (FCA) birləşərək Stellantis adlı yeni şirkət yaradıblar. Yeni şirkətin dünyanın ən böyük dördüncü şirkəti olacağı ehtimal edilir. Şirkəti Peugeout CEO’su Carlos Tavares idarə edəcək. Volkswagen və Toyota kimi iki nəhəng şirkətə rəqib olacağı deyilən Stellantis özündə – Opel, Peugeot, Citroën, Jeep, Maserati, Alfa […]
PR hazırda hər şeydədir və hər yerdədir. Sosial media hesablarının idarə olunması belə peşəkar toxunuş tələb edir. 5-10 il əvvəl effektiv olan üsullar artıq faydasızlaşır. PR mütəxəssis Maksim Behar-ın The Global PR Revolution kitabı oxuculara peşəkar PR yanaşması, müştərinin ehtiyaclarına cavab verən sosial media kontentlərin hazırlanması, dəyişkən trendlər barədə məlumat verir. Kitab: Sosial Medianın yeni […]
David Frankel-in 2006-cı ildə lentə aldığı “The Devil Wears Prada” filmi moda sənayesinin necə işlədiyi barədə tamaşaçılara məlumat verir. İnsan hisslərinin və dəbin tələblərini özündə birləşdirən film menecment və liderlik mövzularında faydalıdır. Anne Hathaway, Meryl Streep, Adrian Grenier kimi məşhurların toplandığı film eyni zamanda stress altında çalışmaq, iş yerinin tələbləri və onlara cavab vermək kimi məsələlərə də […]
Gündəlik istehlak malları təklif edən pərakəndə satış mağazaları şəbəkəsi – Walmart 27 ölkədə 55 fərqli marka ilə fəaliyyətdədir. Dünya üzrə 2,2 milyon insana xidmət göstərir. Bu uğur Walmart-a ucuz başa gəlməyib, heç cür Avropa bazarında fəaliyyətə başalaya bilməyən şəbəkə, yerli endirim mağazalarını satın alaraq fəaliyyətini genişləndirib. Business Insiderin xəbərinə görə, Walmart sadəcə ABŞ-ın deyil, dünyanın ən […]
JWM Talent-in CEO-su Jamie McLaughlin bütün gün, ən azından günün müəyyən hissəsini məşğul olmamağın yolundan danışır. “Məşğul olmaq yaxşıdır. Bu, deməkdir ki, sənin əməyinə təlabat var, sən müştərilər üçün vacib insansan və gördüyün işlə müəyyən nailiyyətlər əldə edirsən. Məşuğlluq səviyyən özünə vaxt ayırmağa, şəxsi inkişafına, problemləri həll etmək üçün düşünməyinə icazə vermirsə, bu, yaxşı deyil. […]










