Burson-Marsteller PR və Kommunikasiya şirkətində baş məsləhətçi kimi çalışan Arthur Solomon PR mütəxəssislərin hər gün səhər xəbərləri izləməsinin niyə vacib olduğundan danışıb.
O, bildirib ki, xəbərlərin hamısı sadəcə xəbər deyil, xəbərlərdə PR gedişləri olur və hər gün xəbərləri diqqətlə izləsəniz, mütləq oradan PR dərsləri çıxaracaqsınız. Gəlin buna sadə misalla baxaq:
Misal: 29 sentyabrda Wall Street Journal “Trump-ın bədbəxt qayıdışı” başlığı ilə redaksiya məqaləsini yayımladı. Bu məqalədə Trump 2016-cı ildə vergi məlumatlarını açıqlamadığı və başqalarının bunu etməsinə icazə verdiyi üçün günahlandırılırdı.
PR dərs: Bu məlumatlar mediaya sızmadan əvvəl Trump özü vergi bəyannamələrini açıqlasaydı, bu o demək olacaqdı ki, onun gizlədəcək heç nəyi yoxdur, etdiyi hər şey qanunidir. Lakin PR mütəxəssislər üçün burda bir dərs var: Neqativ informasiyanı gizləməyə çalışmayın. Onsuz da belə məlumatlar imic böhranları zamanı üzə çıxır. Olan neqativin sizin tərəfinizdən dərhal yayılması bunun damla-damla ötürülməsinin qarşısını alır və ört-basdır etmək cəhdinizin olmadığını göstərir.
Misal: Yanvarın 11 də New York Times-ın yaıymladığı məqalənin başlığı belədir: “CNN 76 milyon dollarlıq əmək mübahisəsini həll edir”. Məqalədə deyilir ki, şirkətlə işçilər arasında 15 ildən artıqdır belə bir mübahisə yaranıb. Uzun müddətdir mediada bu haqda danışılmırdı.
PR dərs: Bu xəbər PR mütəxəssislər üçün ən yaxşı dərslərdəndir: Bir şirkət PR böhranı yaşayıbsa, bu artıq onun DNT-sinə hopub və bu barədə sonsuza qədər yazmaq olar. Keçmişində böhran keçirən bir şirkəti təmsil edən PR mütəxəssisləri, mənfi xəbərlərin birdən-birə yenidən ortaya çıxacağına həmişə hazır olmalıdırlar.