Peugeot və Fiat birləşdi

Fransanın avtomobil şirkəti Peugeot S.A. (PSA) və italya – amerika avtomobil şirkəti Fiat Chrysler (FCA) birləşərək Stellantis adlı yeni şirkət yaradıblar.

Yeni şirkətin dünyanın ən böyük dördüncü şirkəti olacağı ehtimal edilir. Şirkəti Peugeout CEO’su Carlos Tavares idarə edəcək.

Volkswagen Toyota kimi iki nəhəng şirkətə rəqib olacağı deyilən Stellantis özündə – Opel, Peugeot, Citroën, Jeep, Maserati, Alfa Romeo, Dodge kimi avtomobil markalarını birləşdirir.