PR hazırda hər şeydədir və hər yerdədir. Sosial media hesablarının idarə olunması belə peşəkar toxunuş tələb edir. 5-10 il əvvəl effektiv olan üsullar artıq faydasızlaşır. PR mütəxəssis Maksim Behar-ın The Global PR Revolution kitabı oxuculara peşəkar PR yanaşması, müştərinin ehtiyaclarına cavab verən sosial media kontentlərin hazırlanması, dəyişkən trendlər barədə məlumat verir.
Kitab:
- Sosial Medianın yeni qaydaları
- PR dilində danışıq
- Müasir PR bacarıqları və alətləri
- Auditoriyaya təsirin ölçülməsi
- Biznessin şəffaf idarəolunması
- Medianın beynəlxalq perspektivi
- PR sənayesinin gələcəyi
kimi mövzuları əhatə edir.