JWM Talent-in CEO-su Jamie McLaughlin bütün gün, ən azından günün müəyyən hissəsini məşğul olmamağın yolundan danışır.
“Məşğul olmaq yaxşıdır. Bu, deməkdir ki, sənin əməyinə təlabat var, sən müştərilər üçün vacib insansan və gördüyün işlə müəyyən nailiyyətlər əldə edirsən. Məşuğlluq səviyyən özünə vaxt ayırmağa, şəxsi inkişafına, problemləri həll etmək üçün düşünməyinə icazə vermirsə, bu, yaxşı deyil. Həddən artıq məşğul olmağın neqativ tərəfləri çoxdur. Çox məşğul olduğun üçün imkanları qaçırır və effektiv olan şeyləri seçə bilmirsən. Sən daim məşğul olanda dostların tanışlara çevrilməyə başlayır.
2018-ci ildə elə bir hadisə baş verdi ki, mənim işimə və həyatıma yanaşmamı dəyişdirdi. Dostum məndən “Danışmaq üçün vaxtın varmı?” soruşdu, mənsə, “Əlbəttə, niyə belə şey soruşursan?” dedim, o isə cavabında mənim daim məşğul göründüyümü bildirdi.
Yaxın dostum daim məşğul olduğumu düşünürsə, deməli mənim konsultantı olduğum şəxslər, bizness əlaqələrim və digər dostlarım da belə düşünür. Mən elə təəssürat bağışlayıram ki, mənim danışmağa vaxtım yoxdur, əlçatan deyiləm və ümumiyyətlə danışılanları diqqətli dinləməyəcəyəm. Ümid etdiyim imicə sahib deyildim. Mən 18 aydır oxumağa başladığım kitabı hələ bitirmədiyimi də gördüm. Demək, həyatımda nələrisə dəyişmək vaxtı çatmışdı.
Mən az məşğul olmaq üçün çalışdım, ətrafımdakı insanlarla daha çox maraqlanır, daha çox sual verməyə başladım, mesaj yazmaqdansa, telefon zəngləri etdim. Nəticədə, ailəmin yanında daha çox olur, səhər idmanına vaxt çatdırır, oxu sürətimi artırırdım. Bununla da təkcə işdə daha yaxşı müdir imici qazanmaqla yanaşı, daha yaxşı ər, ata, övlad və dost oldum. Hətta, bir neçə kitabı da artıq oxuyub bitirmişəm”.