Cəmi iki sözlə medianın diqqətini çəkin

Wattsware-in yaradıcısı və rəhəbəri Brandon Watts medianın diqqətini çəkmək üçün sadə üsul təklif edir. Burada media dedikdə KİV nümayəndələri ilə yanaşı, bloqçular, influnserlər də nəzərdə tutulur. Communication Academy Brandon Watts-un öz təklifi barədə fikirlərini sizinlə bölüşür:

“Sizə medianın diqqətini çəkmək üçün iki sadə sözün kifayət edəcəyini desəm, inanmazdınız. Lakin, bunu şəxsi təcrübəmdə yoxlamışam və 75% daha yüksək nəticə əldə etmişəm.

Belə ki, siz jurnalistlərə hər hansı məhsulunuz və ya xidmətinizi təqdim etmək və onlar vasitəsilə ictimaiyyəti bu yenilikdən xəbərdar etmək istəyirsinizsə, jurnalistlərə yazdığınız e-maillərin başlığına “Müsahibə müraciəti” yazın.

Uzun illər PR-çılar müxtəlif yollarla medianın diqqətini çəkməyə çalışıb, lakin birbaşa müraciət belə görünür ki, daha effektivdir.

Sizin müraciətinizi qəbul edən jurnalistlər təkcə sizin vurğulamaq istədiyiniz məqamla kifayətlənməyib, sizdən daha çox informasiya alıb, məlumatı genişləndirəcəklər. Birdən-birə sizin haqqınızda danışmasını istədiyiniz şəxslərin sizin barədə həvəsli material hazırladığını görəcəksizin.

Müsahibə müraciəti eqonun artırılmasıdır. Hətta, müraciət etdiyiniz jurnalistlərin bəziləri üçün sizin mövzunuz maraqlı gəlməsə də, yenə də onları nəzərə alıb, birbaşa müraciət etdiyiniz üçün sizə təşəkkür cavabı yazacaqlar. Bu, sizin üçün başlanğıc ola bilər.

Bunu öz təcrübəmdə yoxlamışam, 60 media nümayəndəsinə bu formada müraciət etdim və onlardan 45-i mənə cavab verdi. Bu 75%-lik göstəricidir. Düzdür bu elə də böyük elmi araşdırmanın göstəricisi deyil, yenə də effektivliyini duymaq olar.

Növbəti dəfə təqdimatınıza daha çox diqqət çəkmək üçün yeni nəsə təcrübədən keçirmək istədikdə, müsahibə müraciəti üsulundan istifadə edin. Bu iki sadə sözün sizə necə kömək edəcəyinin özünüz şahidi olacaqsınız”.