Martin Lindstermin müəllifi olduğu “Buyology” kitabı marketoloqlar üçün hazırlanan, 3 il müddətində davam edib 7 milyon dollara başa gələn marketinq araşdırması layihəsinin nəticəsi və hesabatıdır.
Lindsterm komandası ilə birgə reklamların insanlara təsirini, reklam izləyərkən beyində baş verən dəyişiklikləri, müştərilərin brendlər haqqındakı fikirlərini və mövzu ilə bağlı digər məsələləri araşdırıb. Bu kitab neyromarketinq üçün hazırlanmış ən böyük data toplusudur. Oxucular üçün araşdırmanın nəticəsi daim dərin təəssürat bağışlayır və bəzi məqamlarda onları təəccübləndirir.
Marketoloqlar “Buyology” kitabını mütləq oxumalıdır. Neyromarketinq həvəskarları üçün kitab böyük həcmli yeni datalar təqdim edir. Bu sahəyə yeni gələnlər üçün isə kitab əla dərslik rolunu oynayır.