Kommunikasiyanın 4 Növü

Başqasına informasiya ötürməyin bir neçə yolu var. Məsələn, sən təqdimatını qrupla bölüşmək istədikdə şifahi kommunikasiya qurursan. İşə qəbul üçün müraciət formunu doldurduqda yazılı kommunikasiyadan istifadə edirsən.

Kommunikasiya mütəxəssisləri kommunikasiyanı əsas 4 Növə ayırır – Şifahi, Sözsüz, Yazılı və Vizual (eng. verbal, nonverbal, written, visual).

Şifahi kommunikasiya

Şifahi kommunikasiyada informasiyanı ötürmək üçün danışıqdan istifadə olunur. Bu daha çox təqdimatlarda, video konfranslarda, telefon danışıqlarında, görüşlərdə və ya söhbətdə istifadə olunan kommunikasiya növüdür.

Şifahi kommunikasiyadan istifadə edərkən:

  • Güclü və özündən əmin səs tonu seç
  • Aktiv dinləyici ol
  • Artıq sözləri kənara qoyub, qısa və konkret formada fikrini izah edin.

Sözsüz kommunikasiya

Sözsüz kommunikasiyada bədən dili, jestlər və mimika istifadə olunur. Sözsüz kommuinkasiyada qarşındakı insanlara fikirlərini və hisslərini ifadə etməkdə yararlıdır. Məsələn, sən xoş bir söz eşitdikdə istəmədən olsa da gülümsəyirsən yaxud əllərini qoynunda düyünləmisənsə, narahatsan, özünə qapanmısan, əllərin sərbəst, açıqdırsa, deməli pozitivsən, yaxşısan.

Sözsüz kommunikasiyadan istifadə edərkən:

  • Jestlərinin necə göründüyünə əvvəlcədən fikir ver
  • Düşünülmüş formada sözsüz kommunikasiya qur
  • Özün üçün effektiv hesab etdiyin jest və mimikalardan istifadə et

Yazılı Kommunikasiya

Yazılı kommunikasiya yazı, çap, nəşr kimi fəaliyyətləri əhatə edir. Yazılı kommunikasiya daha sonra sənədləşdirilə bildiyinə görə daha etibarlıdır. Hazırki dövrdə press-relizlər, rəsmi-işgüzar e-maillər və ya elektron söhbətlər yazılı kommunikasiya olaraq istifadə olunur.

Yazılı kommunikasiyadan istifadə edərkən:

  • Dilin sadəliyi üçün çalış
  • Mətni göndərməzdən əvvəl yenidən gözdən keçirmək üçün özünə vaxt ayır
  • Özün üçün effektiv olan yazı üslubunu yadda saxla və tətbiq et

Vizual Kommunikasiya

Vizual kommunikasiya fotoqrafların, rəssamların, qrafik dizaynerlərin əsas kommunikasiya vasitəsidir. Vizuallar digər sahələrdə təqdimatlar zamanı yazılı və ya şifahi kommunikasiyaya dəstək məqsədilə istifadə olunur. İnsanlar məlumatları müxtəlif formalarda yadda saxlaya bilirlər – göz yaddaşı güclü olanlara informasiya ötürmək üçün vizual kommunikasiya önəmlidir.

Vizual kommunikasiyadan istifadə edərkən:

  • Təqdimatdan öncə ətrafındakı şəxslərə vizuallarını göstər və anlaşılan olduğuna əmin ol
  • Vizuallar seçərkən auditoriyanı nəzərə al

 

Mənbə: https://www.indeed.com/