Gündəlik istehlak malları təklif edən pərakəndə satış mağazaları şəbəkəsi – Walmart 27 ölkədə 55 fərqli marka ilə fəaliyyətdədir. Dünya üzrə 2,2 milyon insana xidmət göstərir.
Bu uğur Walmart-a ucuz başa gəlməyib, heç cür Avropa bazarında fəaliyyətə başalaya bilməyən şəbəkə, yerli endirim mağazalarını satın alaraq fəaliyyətini genişləndirib.
Business Insiderin xəbərinə görə, Walmart sadəcə ABŞ-ın deyil, dünyanın ən böyük pərakəndə şirkəti sayılır. Avropada fəaliyyət üçün atılan addımı Walmart dünya üzrə həyata keçirməyə başlayıb.
Sizə Walmartın müxtəlif ölkələrdə necə fəaliyyət göstəridiyini təqdim edirik:
Meksika
Meksikanın supermarket şəbəkəsi Superama Walmartın tərkibində fəaliyyət göstərir. Bununla birlikdə, Meksika və Orta Amerikanın ucuz qida və ev əşyaları satan Bodega Aurrera şəbəkəsi də Walmarta daxildir.
Yaponiya
Walmart 2008-ci ildə Yaponiyanın ən böyük supermarketlərindən olan Seiyu-nu tamamilə öz tərkibinə qatıb. Şirkət o vaxtdan bəri ölkə miqyasında müştəri xidmətlərini yaxşılaşdırmaq ümidilə bazar araşdırmaları etməyə başlayıb.
Çili
Lider Çilidə fəaliyyət göstərən hipermarket şəbəkəsidir. Liderin sahibi olan Distribución y Servicio şirkətini 2009-cu ildə Walmart satın alıb.
Çin
Walmart Çində ilk mağazasını 1996-cı ildə açıb, hazırda da Walmart Supercenter adlı mağazaları ilə burada fəaliyyət göstərir. Bununla yanaşı şirkət 2007-ci ildə Çində yerləşən Trust-Mart hipermarketinə də böyük investisiya yatırıb.
Argentina
Changomas Argentinada hər kəsin ehtiyaclarını qarşılayan supermarket şəbəkəsidir və Walmart’ın tərkibində fəlaiyyət göstərir. Bu supermarket şəbəkəsi daha böyük və daha çox məhsul təqdim edən 3 fərqli mağaza şəbəkəsinə sahibdir.