Category Archives: Məlumatlar

Uğurlu marka yaratmağın 8 yolu

Marka – məhsula, quruma, xidmətə, hadisəyə dair insanların zehnində formalaşan qavrayışdır. Marka yaratmaq isə insanların zehnində arzulanan qavramanı əldə edə bilmək üçün həyata keçirilən silsilə addımlar, fəaliyyətlərdir. İstehlakçılar arasında aparılan sorğuya görə insanların 59%-i tanıdığı markanın məhsullarından istifadəyə üstünlük verir. Uğurlu marka yaratmağın yolları Markalaşmağın da müəyyən qaydaları var. Bu qaydaları bilmək və istifadə etmək […]

Real Time Marketing nədir?

Real Time Marketing (anlıq marketinq) gündəmlə bağlı markaların həyata keçirdiyi kontent marketinqidir. Gündəmdə olan və istehlakçılar tərəfindən mənimsənilərək sürətli formada sosial şəbəkələrdə paylaşılan və müzakirə olunan mövzular Real Time Marketing (RTM) üçün zəmin yaradır. Markalar həmin mövzunu özləri ilə əlaqələndirərək fürsətə çevirir. Burada əsas məsələ mövzuya vaxtında reaksiya verməkdir. Bunun üçün, hətta, həmin gün paylaşım […]

Off the Record nədir?

Off the record media sahəsində istifadə olunan anlayış və üsuldur. Müsahibiniz  müsahibə vaxtı hər hansı məlumatı müsahibədən kənar dediyini vurğulayırsa, həmin məlumatı müsahibinizin adından yayımlaya bilməzsiniz. Çünki o, Off the record-dan (qeyddən kənar) istifadə edib. Off the record ifadəsi altında (bizim ölkədə bu ifadə daha çox “bunu sənə dost kimi deyirəm”, “bunu sənə deyirəm, amma […]

Sloqan nədir və niyə önəmlidir?

Sloqan və ya digər adı ilə Motto anlayışı markanın imicinin formalaşmasında və qorunmasında böyük rol oynayır. Sloqan müştərilərin (hədəf kütlə) zehnlərində qalan və qurumu təsvir edən ifadəyə çevrilir. Sloqan qurumun fəaliyyətini yaxud məqsədini ifadə edən söz, söz birləşməsi və ya cümlə ola bilir. Sloqan müştərinin yaddaşında qaldıqdan sonra həmin ifadənin harada işlənməsindən asılı olmayaraq, siz […]

Arzuladığın işdən nə vaxt çıxmalı?

PR mütəxəssislərin tez-tez səsləndirdiyi fikirlərdən biri odur ki, “Uğursuzluqlar Uğurun anasıdır”. Buna görə də, qarşılaşdığınız çətinliklər və uğursuzluqlar sizi qorxutmalı deyil. Lakin, bəzən işlər çox yaxşı getdiyi halda belə, uğurların ardıcıl sıralandığı günlərdə çox yaxşı işinizdən ayrılmaq fikrinə düşürsünüz. Bu, doğru qərardırmı? Gəlin, “The New York Times”da 9 il PR komandasında çalışan və gözəl günlərin […]

Məqaləyə iki başlıq yazmağın faydası

İstənilən sahədə çalışan peşəkar insanın gündəlik müqavimət göstərməli olduğu məsələlərdən biri də arqoların* və jarqonların** istifadəsidir. Bu daha çox yazı tərzində özünü büruzə verir. *Arqo – müəyyən sosial qrupun qapalı spesifik dili ** Jarqon – Hər hansı ictimai qrupun, zümrənin istifadə etdiyi özünəməxsus şərti danışıq; ədəbi dilin normalarına uyğun gəlməyən söz və ifadələr. Peşə sahəsinə […]

Speechwriter kimdir?

İstər toy mərasimi, istər məzuniyyət, istər təlim, istər seçki, həyatın bir çox məqamında auditoriya qarşısına keçmək və nitq söyləmək lazım olur. Burada iki məqam var, insanlar hələ sizi tanımırlarsa, sizə önəm verməyəcək, öz işlərində olacaq, siz danışarkən ətrafındakılarla söhbətləşəcəklər və sizin dediyiniz sözlərin heç bir mənası və təsiri olmayacaq. İkinci məqam isə, siz artıq tanınırsınızsa, […]

Sosial Listening nədir?

Təssəvvür edin kiçik kafedə çalışırsınız. Bir gün sifariş üçün yaxınlaşan iki müştərinizin söhbətinə şahid olursunuz. Biri digərinə bu kafenin çayını və şirniyyatını bəyəndiyini deyir, digəri çayın yaxşı olduğunu təsdiqləyir, lakin şirniyyatın quru olduğundan şikayətlənir. Belə olan halda siz bu şikayətə göz yummamalı, dərhal digər müştərilərin sizin kafedə satılan şirniyyat barədə nə düşündüyünü öyrənməlisiniz. Müştərilərinizin sizin […]

Media Monitorinq nəyə lazımdır?

Sizin gördüyünüz işin ictimaiyyətlə hər hansı əlaqəsi varsa,  hədəf kütləniz, sözünüzü çatdırmaq istədiyiniz insanlar, sizin müştəriləriniz və sair, deməli, media monitorinqlər etməlisiniz. Bu hər hansı iş ola bilər, istər dövlət qurumu, istər özəl sektor, istehsalat, xidmət, siyahını uzada bilərik. Nəticədə, siz insanlarla və ya insanlar üçün işləyirsinizsə, fəaliyyətinizin onlarda olan dəyərini bilməlisiniz. Bir sözlə, başınızı […]

Virus var, bəs Kommunikasiya?

İctimaiyyətlə əlaqələr (PR) işi, əslində, kənardan çox sadə görünür. Düşünürlər ki, burada çətin nə var?! PR menecer Media üçün açıqlama yazır, iki-üç görüş keçirir və buna bənzər bir neçə sadə iş görür. Bunu etməyə nə var axı?! Elə bu yanaşma ilə də sözü gedən sahəyə axının olduğunu, əksəriyyətin bu düşüncəyə əsaslanıb illərin mütəxəssisinə çevrildiyini görürük. […]