Hər jurnalist dizayner deyil, yaxud dizaynerin xidmətlərindən istifadə etməyə maddi və ya texniki imkanı yoxdur. Elə buna görə də, jurnalistlərin topladıqları datanı vizuallaşdırmaq üçün Flourish xidməti mövcuddur. Flourish.studio veb ünvanına daxil olaraq bu xidmətdən yararlanmaq mümkündür. Siz topladığınız dataya uyğun sxem, cədvəl, sütun və digər infoqrafiklarınızı burada hazırlaya bilərsiniz.
Category Archives: Məlumatlar
Java Sun Microsystems mühəndislərindən biri James Gosling tərəfindən hazırlanıb. Hər bir əməliyyat sistemində işləyən və təhlükəsizliyə üstünlük verən obyekt yönümlü proqramlaşdırma dilidir. İlk dövrdə kiçik cihazlarda istifadə üçün nəzərdə tutulmuş dil olan Java, C və C ++ dillərinə nisbətən daha yüksək və təhlükəsizlik iş və proqram inkişafı təklif etdiyi üçün, demək olar ki, hər yerdə […]
PR gec kəşf edilsə, fənn kimi dərsliklərə gec düşsə də, həmişə marketinqin daxilində önəmli yer tutub. Lakin, zaman keçdikcə insanlar reklamları keçilə bilən, bloklana bilən texnologiyalarla həyatlarından çıxardıqca, PR-ın önəmi daha da artdı və mərkəzi mərhləyə keçə bildi. Sən də öz karyeranı PR sahəsində görürsən? Bəs sənin bacarıqların və xüsusiyyətlərin bu sahəyə uyğundurmu? PRdailiy.com-un təqdim […]
Üz-üzə kommunikasiya yaxşı münasibətlər və insanlarla şəxsən əlaqə qurmaq üçün ən yaxşı imkandır. Qısa ünsiyyət asandır, lakin qarşınızdakının cavablarını diqqətlə dinləməlisiniz. Cavablar sizə həmin şəxsin maraqları və dəyərləri barədə çox şey öyrədir, ən əsası onunla ünsiyyətdə hansı dili işlədəcəyinizi müəyyənləşdirməyə kömək edir. Mindtools.com yazır ki, bəzən üz-üzə kommunikasiyada sizi “tələ”yə düşürə bilərlər. Sizə cavabını bilmədiyinz […]
Birinci Dünya Müharibəsində amerikalı psixoloq Edward Thorndike komandirlər arasında onlara tabe olan əsgərlər barədə araşdırma sorğu aparıb. Araşdırma nəticəsində məlum olub ki, komandirlər yaraşıqlı və sağlam görünüşlü əsgərlərinin digərlərindən daha üstün, bacarıqlı, ağıllı, disiplinli, fədakar olduğunu düşünür. Komandirlərin əsgərlərinin xarici görünüşündən təsirlənib onlarda olmayan müsbət xüsusiyyətləri onlara yaraşdırmağına Thorndike Halo effekti adını verib. Halo effekti […]
Türkiyəli marketoloq Temel Aksoy həvəskarları peşəkarlardan fərqləndirən bir neçə bənddən ibarət siyahı təqdim edib. Bu siyahıya baxıb həvəskar yoxsa peşəkar olduğunuzu özünüz təyin edin. Həvəskarlar hədəfə çatıb dayanırlar; Peşəkarlar üçün isə hər uğur yeni başlanğıcdır. Həvəskarların hədəfləri var; Peşəkar üçün keçilməli olan proseslər var. Həvəskarlar hər mövzuda bilikli olduqlarını düşünürlər; Peşəkarlar hansı mövzuya hakim olduqlarını, […]
PR sənayesi günü-gündən böyüyür. Növbəti 5 ildə sənayenin daha da böyüyəcəyi proqnozlaşdırılır. Sənin də arzuladığın iş PR sahəsindədirsə, eləcə işin çıxıb sənə gələcəyini gözləməli deyilsən. Buna görə atmalı olduğun bir neçə addım var. LinkedIn profilini formalaşdır, səliqəyə sal və işlək halda saxla. Bu şəbəkə sənin istədiyin işi axtaracağın ilk platforma olmalıdır. LinkedIn-də PR sahəsinin mütəxəssisləri, […]
Burson-Marsteller PR və Kommunikasiya şirkətində baş məsləhətçi kimi çalışan Arthur Solomon PR mütəxəssislərin hər gün səhər xəbərləri izləməsinin niyə vacib olduğundan danışıb. O, bildirib ki, xəbərlərin hamısı sadəcə xəbər deyil, xəbərlərdə PR gedişləri olur və hər gün xəbərləri diqqətlə izləsəniz, mütləq oradan PR dərsləri çıxaracaqsınız. Gəlin buna sadə misalla baxaq: Misal: 29 sentyabrda Wall Street […]
JWM Talent-in CEO-su Jamie McLaughlin bütün gün, ən azından günün müəyyən hissəsini məşğul olmamağın yolundan danışır. “Məşğul olmaq yaxşıdır. Bu, deməkdir ki, sənin əməyinə təlabat var, sən müştərilər üçün vacib insansan və gördüyün işlə müəyyən nailiyyətlər əldə edirsən. Məşuğlluq səviyyən özünə vaxt ayırmağa, şəxsi inkişafına, problemləri həll etmək üçün düşünməyinə icazə vermirsə, bu, yaxşı deyil. […]
Wattsware-in yaradıcısı və rəhəbəri Brandon Watts medianın diqqətini çəkmək üçün sadə üsul təklif edir. Burada media dedikdə KİV nümayəndələri ilə yanaşı, bloqçular, influnserlər də nəzərdə tutulur. Communication Academy Brandon Watts-un öz təklifi barədə fikirlərini sizinlə bölüşür: “Sizə medianın diqqətini çəkmək üçün iki sadə sözün kifayət edəcəyini desəm, inanmazdınız. Lakin, bunu şəxsi təcrübəmdə yoxlamışam və 75% […]










