Communiation Academy peşəkar PR-çı Arthur Solomon-un yaxşı PR agentliyin şərtləri barədə məqaləsini təqdim edir: Böyük Korparasiyaların birinin rəhbəri bir gün şəxsi yazacağı məqalə üçün məndən məsləhət aldı. O, yaxşı PR Agentliyin xüsusiyyətlərinin nə olması ilə maraqlanırdı. Mən ona cavabımda dedim ki, mən özüm PR Agentlik axtarsaydım (o vaxtlar Burson-Marsteller üçün çalışırdım), aşağıdakı xüsusiyyətlərə diqqət edərdim: […]
Category Archives: Məlumatlar
İnterküy reportajın fonunda və ya daxilində istifadə olunan kənar səslərdir. Bildiyiniz kimi, radioda görüntüdən istifadə etmək mümkün deyil. Bütün hadisə səslərin vasitəsilə dinləyiciyə ötürülür və dinləyici üçün səs vasitəsilə aydın mənzərə yaradılır. Bu işdə isə reportyorun köməyinə interküylər gəlir. İnterküylər reportaja canlılıq qatır, dinləyicilər üçün aydın təsvir yaradır və dinləyicini hadisə yerinə aparır. Reportaj mövzusuna […]
Jarqonlar, klişelər və həddindən artıq istifadə olunan ifadələr hər gün mail qutumuzu doldurur və ekranlarımızdan həyatımıza daşır. COVID – 19 da öz növbəsində həyatımıza yeni klişelər qazandırdı. Inspire PR Group-un prezidenti Hinda Mitchell deyir ki: “Pandemiya dövründə bəzi standart ifadələrin həddən artıq istifadə olunduğu artıq sənədləşdirilib. Problem ondadır ki, insanlar bundan yorulurlar. Gün ərzində 16 […]
Müdir işçisinə: “Qovluğu mənə gətir”. Müdir qovluğun, işin adını demədən gedir, işçi isə çaşqın qalır ki, müdir hansı qovluğu istəyir. Soruşmağa bir növ cəsarət etmir. Müdir işçisi ilə kommunikasiya qurdu, lakin mesaj aydın olmadı. Murad Aygünü şam yeməyinə dəvət edir. Lakin günün sonunda çox məyus olur. Murad Aygünə onu yalnız Tayland mətbəxinin servis olunduğu restorana […]
Hazırda COVID – 19 pandemiyası ilə əlaqədar rəsmi və qeyri-rəsmi görüşlərin əksəriyyəti video konfranslar vasitəsilə təşkil edilir. Video konfranslarda hər kəs üz-üzə danışdığına görə əvvəlki ilə müqaisədə insanlar arasında daha çox yaxınlıq yaranır. Bu yaxınlıq isə görüşlərdə insanların daha sərbəst davranmasına səbəb olub. Rəsmi görüşlərdə bu sərbəstlik qeyri-etik görünür. Elə ona görə də video konfransların […]
Neyroqastronomiya barədə bu məqaləni oxumazdan əvvəl bəzi sulları cavablandırmağınız lazımdır: Dad nədir? Yemək bizi niyə xoşbəxt edir? Bir stəkan çay içmək üçün getdiyimiz kafedə necə olur ki, menyunun zənginliyinə aldanıb, iri bir dilim tort yemiş oluruq? Həqiqətən həmişə dietadayıqmı? Dad qida və içkiləri qəbul edərkən damağımızda qalan duyğunun ifadəsidir. Bildiyiniz kimi 5 duyğuya sahibik: Dadma, […]
Belə deyim var: “Geyiminə görə qarşılayırlar, ağlına görə yola salırlar”. Bu Instagram biznes profilləri üçün də keçərlidir. Bəli, Instagramda biznes profiliniz varsa, onu elə formalaşdırmalıyıq ki, ilk baxışda cəlbedici görünsün, eyni zamanda, kontentiniz hədəf kütləyə uyğun, savadlı və maraqlı olsun. Bir sözlə, profilinizin xarici görünüşü izləyici sayına, onlardan neçəsinin sizin alıcınız olacağına təsir edir. Gəlin, […]
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə insanlar nəfəs almaq bacarığının yalnız 30%-ni istifadə edirlər. Hüceyrələrin əsas həyat mənbəyi oksigendir. Yetərincə oksigen qəbul etməmək nəticəsində qan dövranı zəifləyir və insan bədənində müxtəlif xəstəliklər formalaşır. Araşdırmalara görə 50-yə yaxın xəstəlik “oksigensizlik” kimi sinifləndirilir. Sağlam formada oksigen qəbul edə bilmək üçün Nəfəs terapiyası köməyinizə gələcək: Əvvəlcə onu deyək ki, […]
Başlıq kommersiya mətnlərində çox önəmlidir. Diqqəti cəlb etməli, maraqlı gəlməli və mətnin oxunmasına səbəb olmalıdır. Mətn nə qədər maraqlı və faydalı olsa da, pis yazılmış başlıq potensial müştərini yayındıra bilər. Marketinq mütəxəssisi David Ogilvy deyib ki, insanlar adətən, başlıqları mətndən 5 dəfə çox oxuyur. Bunu nəzərə alaraq başlıq yazarkən sizə faydalı olacaq 30 taktikanı təqdim […]
Media Dəsti, qrumun özünü mediaya tanıtmaq və ya anlatmaq üçün hazırladığı, içərisində qurum haqqında önəmli və detallı məlumatları əks etdirən müxtəlif tanıdıcı, korporativ yazılı və vizual materialların olduğu dəstdir. Media Dəsti, hər qurumda özünəməxsus, ictimaiyyətlə qurum arasında əlaqələrin möhkəmlənməsinə kömək edən vacib korporativ kimlikdir. Media dəsti, qurumun markalaşma yolunda qət etməli olduğu əsas proseslərdən biridir. […]










