Communiation Academy peşəkar PR-çı Arthur Solomon-un yaxşı PR agentliyin şərtləri barədə məqaləsini təqdim edir:
Böyük Korparasiyaların birinin rəhbəri bir gün şəxsi yazacağı məqalə üçün məndən məsləhət aldı. O, yaxşı PR Agentliyin xüsusiyyətlərinin nə olması ilə maraqlanırdı.
Mən ona cavabımda dedim ki, mən özüm PR Agentlik axtarsaydım (o vaxtlar Burson-Marsteller üçün çalışırdım), aşağıdakı xüsusiyyətlərə diqqət edərdim:
- Bir neçə illik təcrübəyə malik agentlik rəhbəri;
- Jurnalistlərə “yox” deməyi bacaran agentlik;
- Müsahibədən əvvəl təmsil etdiyi şirkətin marağında olan məqamları müxbirə qeyd etməkdən çəkinməyən agentlik;
- Müştəriyə “Mən sizinlə razı deyiləm” deməyi bacaran (alternativləri varsa) agentlik;
- 24/7 əlçatımlı olan agentlik;
- Medianı gündəlik izləyən agentlik;
- Ticarət hekayəsini istehlakçının hekayəsinə çevirməyi bacaran agentlik;
- Son trendlərə uyğun reklam ideyaları təqdim edən agentlik;
- “Yeni nə var?” sualı əvəzinə, köhnə hekayələri yenidən canlandıra bilən agentlik;
- İstehlakçı marağının böyük uğurdan daha önəmli olduğunu bilən agentlik;
- Şirkət reputasiyasına zərər verəcək hər hansı xəbər çıxdıqda məni dərhal xəbərdar edəcək agentlik;
- Qrammatik və orfoqrafik səhvsiz mətnlər təqdim edəcək agentlik;
- Bir neçə seqmentə xitab edən hekayələr və ya proqram təqdim edən agentlik;
- Yeni ideyalar üçün təşəbbüskarlıq edən və hər dəfə mənim göstərişimi gözləməyən agentlik;
- Büdcəni necə idarə etməyi bilən agentlik;
- Əsas mesajı dəyişmədən gündəlik yanaşmanı və proqramı yeniləyə biləcək agentlik.