Müasir dövrün ən geniş yayılmış problemlərindən biri də diqqət yayınıqlığıdır. Bəziləriniz hətta bu barədə ustalaşıb, lakin gördüyünüz işə daha çox fokuslanmağı bacarsanız, nəticədə daha çox şey əldə edə bilərsiniz. Bu o deməkdir ki, arzuladığınız həyata, işə və bacarıqlara daha tez yiyələnmə qabiliyyətiniz mövcuddur, buna mane olan diqqətinizi cəmləyə bilməməyinizdir. Biz sizə məhsuldarlığınızı artırmaq üçün bir […]
Category Archives: Bloqumuz
“Kirpi konsepsiyası” qurumların onları fərqləndirən, iqtisadi cəhətdən inkişafına istiqamətlənən və uğur faizinin artımını müəyyən etmək üçün istifadə olunan biznes modelidir. Həmçinin öz işini qurmaq istəyənlər üçün də faydalı vasitədir. Qədim yunan atalar sözü belədir: “Tülkü çox şeyi bilər, kirpi isə əsas olanı”. Buna əsaslanan “Kirpi konsepsiyası” terminini biznes tədqiqatçısı və məsləhətçisi Cim Kollinz “Yaxşıdan mükəmmələ […]
Şirkətlərin və ya təşkilatların inkişafını təmin edən mühüm elementlərdən biri kommunikasiya mərhələsində baş tutan rəy təcrübələridir. Düzgün rəy səmərəli iş şəraitinin formalaşması, işçilərin effektivliyinin artması, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi kimi məsələlərə müsbət təsir göstərərək inkişaf etdirir. Bu da fəaliyyət göstərən müəssisələrin məhsuldarlığın artmasına öz töhfəsini verir. Biznes ekpertləri şirkət problemlərinin 69%-nin düzgün rəyin bildirilməməsindən əmələ […]
Menecment sahəsi üzrə tanınmış biznes nümayəndələri Ken Blanchard və Spencer Johnson-un 2015-ci ildə nəşr olunan “The New One Minute Manager” (Yeni bir dəqiqəlik menecer) kitabı oxucuları dəyişən dünyada uğurlu idarəetmənin yolları haqqında məlumatlandırır. Biznes mərkəzlərində baş verən kommunikasiya və ya maliyyə problemləri, o cümlədən, az resursla çox iş yükünün öhdəsindən gəlməklə bağlı çətinliklər və həll […]
Hazırda kommunikasiyanın sürətliliyinə və əhatə dairəsinin genişliyinə görə İnternet televiziyaya nisbətən inkişaf edib. Lakin unutmaq olmaz ki, televiziyanın təsir gücü hələ də itməyib. Sahənin davamlı inkişafında köməkçiləri isə əlbəttə ki, onu “ifadə edən” televiziya aparıcılarıdır. Tanınmış televiziya aparıcılarının hər biri fərqli kimi görünsə də, əslində hamısının sahələrinin yaxşısı olmaq üçün istifadə etdiyi unikal bacarıq metodları […]
Layihələrin formasını dəyişdirən, onları daha dolğun və dəqiq edən istifadə olunan resurslardır. Bir layihə üçün ən yaxşı komanda və istənilən qədər vaxt ayrılsa da, resurslardan düzgün istifadə edilmədikdə layihə uğursuz olacaq. Resurslar istənilən qurumun məhsuldar olmasını təmin etmək üçün istifadə olunan əsaslardan biridir. Ümumilikdə isə tarazlaşdırılmış, rahat və əlverişli iş həyatını təmin edən vasitədir. İstifadə […]
Hər gün yeni bacarıqlar öyrənmək üçün vaxt ayırmaq həyatınıza və karyeranıza müsbət təsir göstərir. Vaxt bölgüsündən düzgün istifadə isə bir qədər çətin məsələdir. “5 saat qaydası”nı tətbiq etməklə bu çətinliyi həll etmək mümkündür. Bu, həftədə 5 saatınızı özünüzə ayıraraq yeni məlumatlar öyrənmək anlayışıdır. Beş saat qaydası nədir? Bu, həftənizin ümumilikdə 5 saatını və ya hər […]
Yaxşı fotoqraf olmaq sadəcə ən yaxşı fotokameraya sahib olmaq deyil, başqalarının görmədiyi yerdə fərqi qavramaq və onu fotoşəkildə əks etdirmək üçün müəyyən bacarıqların olmasıdır. Fotoqrafiya bacarıqlarınızı inkişaf etdirmək üçün aşağıdakı tövsiyələri nəzərə alın: Kommunikasiya bacarıqları Peşəkar fotoqraf olmaq insanlarla işləmək deməkdir- istər müştəri, istər model, istərsə də fotoqrafiya həmkarı. Beləliklə, yaxşı fotoqraflıq həm də insanlarla […]
İctimaiyyətlə Əlaqələr vəzifəsi üçün vakansiyaya müraciət etdikdə müşayiət məktubu yazmaq iş axtarışınızda mühüm addımdır. Bu işəgötürənlər üçün sürətli istinad sənədidir. Məktubda vəzifəyə olan həvəsinizi ehtiva etməli və bu işdə nə üçün doğru insan olduğunuza dair arqument təqdim etməlisiniz. Bu, işəgötürənin sizin barənizdə doğru qərar verməyinə kömək edir. ABŞ-ın Betterteam.com saytının verdiyi məlumata görə, ictimaiyyətlə əlaqələr […]
TikTok üçün əyləncəli rəqs videosu çəkməklə sizi bir gecədə məşhurlaşdıracağını düşünmək asandır. Lakin Influencer-a çevrilmək üçün bir trend tapmaqdan daha çox, markanı sıfırdan qurmaq bacarığı tələb olunur. Siz marka üçün ardıcıl və strateji planlaşdırma etməlisiniz. Bütün sahibkarlar kimi, uğurlu Influencer-lar da həmişə karyeralarını qurmağa nəyə həvəsli olduqları və hansı məzmunun onların istedadlarına uyğun gəldiyi barədə […]