“Benchmarking” nədir?

“Benchmarking” nədir?

Məhsulun və ya xidmətin digər məhsul və ya xidmətlərlə müqayisəsi “Benchmarking” adlanır. “Benchmarking” aparılan müqayisə nəticəsində qurumunuzun/xidmətinizin əldə etməli olduğu funksiyaları, yenilikləri, həmçinin prosesləri görməyə kömək edir.

Ümumillikdə “Benchmarking” rəqiblərinizlə aranızdakı fərqləri, üstünlükləri, əksiklikləri təqdim edən ölçmə metodur. Bu metodun məqsədi fəaliyyət istiqamətinzdən asılı olmayaraq sizi inkişaf etdirmək, eyni zamanda yeniliklər, fərqliliklər təklif etməkdir.

“Benchmarking” nə üçün vacibdir?

Bəzi hallarda “Benchmarking”  dedikdə qurumlar rəqibləri “təkrarlamaq” olaraq başa düşür. Bunun başlıca səbəblərdən biri “Benchmarking” anlayışının tam mənimsənilməməsidir. “Benchmarking” prosesi zamanı siz bazarda olan standartları görür, onlarla tanış olur və inkişaf istiqamətində həmin standarları uyğunlaşır və ya həmin standartları özünküləşdirirsiniz. Məsələn, bir bank olaraq müştəri şikayətlərini cavablamağınız 1 saatdır. Bu, sizdə “Biz işimizin peşəkarıyıq” fikrini formalaşdıra bilər, lakin digər bank şirkətlərində bu xidmətin orta müddəti yarım saatdırsa, bu zaman gördüyünüz işi daha da təkminləşdirməlisiniz.

Siz qurum olaraq bazardakı ən yaxşı əməkdaşlara və auditoriyaya sahib olduğunuza, ən yaxşı xidməti göstərdiyinizə əminsiniz, lakin “Benchmarking” araşdırması nəticəsində sizdən daha yaxşı fəaliyyət göstərən qurumlar olduğu aşkarlana bilər. Belə olan halda qurumunuzun inkişafı, həmçinin bazardakı yerinin qoruyub saxlanması üçün həmin mənfilərinizi müsbət hala gətirməlisiniz.

“Benchmarking” prosesi necə aparılır?

  1. Qiymətləndirmə üçün mövzu seçin
  2. Cari durumunuzu analiz edin
  3. Analiz nəticələrinizi yazılı formada vizuallaşdırın
  4. Müqayisə olunmaq istədiyiniz qurumları seçin
  5. Məlumatları toplayın və təhlil edin
  6. Topladığınız məlumatlarla fərqinizi ölçün
  7. Zəif tərəfləri aradan qaldırmaq üçün uyğun plan hazırlayın
  8. Dəyişiklikləri həyata keçirin

Foto1.

 

(Foto1. Göstərilən şəkildə Letterboxd, Kinopoisk və IMDB saytlarının “Benchmarking”-i aparılıb)

“Benchmarking” görülən iş sisteminə uyğun olaraq təsnif edilir. Bu təsnifat sahələri qurumun, xidmətin, məhsulun növündən asılı olaraq istifadə edilir. Bunlara aiddir:

  1. Texniki müqayisə
  2. Performans müqayisəsi
  3. Rəqabət müqayisəsi
  4. Strateji müqayisə
  5. Daxili müqayisə

Növbəti bloqumuzda “Benchmarking”in növləri haqqında danışacayıq.