Tag Archives: communication academy

Empatiya bacarıqlarının inkişafı

  Empatiya başqalarının duyğularını və yaşadığı emosiyaları dərindən dərk edib, bu hissləri özündə yaşamaq bacarığıdır. İstər şəxsi, istərsə də peşəkar münasibətlərin qurulmasında empatiya mühüm rol oynayır. Hər şeydən əvvəl bilmək lazımdır ki, dinləmə empatiyanın əsasını təşkil edir. Qarşı tərəfi diqqətlə dinləməklə onların fikirlərini, hisslərini və narahatlıqlarını daha yaxşı anlaya bilərsiniz. Digər insanların dünyaya necə baxdığını […]

Kommunikasiya nədir?

Kommunikasiya bəşəriyyətin yaranışı qədər qədim bir anlayışdır. İbditai icma dövründə mağara divarları üzərində çəkilən şəkillər kommunikasiyanın kökləridir deyə bilərik. Günümüzdə isə kommunikasiya cəmiyyətin ayrılmaz parçasına çevrilib. Bəs bəhs etdiyimiz bu ifadənin tərifi nədir? Kommunikasiya fərdlər və ya qruplar tərəfindən öz düşüncələrini, hisslərini, fikirlərini və ideyalarını çatdırmaq, anlamaq və bölüşmək üçün istifadə olunan prosesdir. Belə ki, […]

Eyzenhauer cədvəli 

Eyzenhauer cədvəli, vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üçün çox effektiv vasitədir. Bu metodla insanlar işlərini daha yaxşı və planlı icra edir, vaxtı səmərəli keçirirlər. Cədvəl tapşırıqları əhəmiyyət və təcililiyinə görə dörd xanaya bölməklə bu məqsədə çatır. Gəlin, bu xanaların hər birini daha ətraflı nəzərdən keçirək. Təcili və Əhəmiyyətli (Birinci Xana)  Bu xanaya daxil olan […]

Yeni başlayanlar üçün küçə fotoqrafiyası ilə bağlı məsləhətlər

Biz tez-tez küçədəki insanların başına gələn hadisələri müşahidə edirik, lakin bu anları fotoaparatla çəkmək tamamilə fərqli bir situsasiyadır. İctimai yerlərdə təsadüfi insanların şəklini çəkmək heç də asan deyil. Əminəm ki, bir çoxumuz maraqlı gündəlik vəziyyətləri kameralarımızın yaddaşına həkk etməyərək peşman olmuşuq. Bu məqalədə yeni başlayanlar üçün bir neçə küçə fotoqrafiyası məsləhətləri təqdim ediləcək. Ümidvarıq ki, […]

Kitab tövsiyyəmiz: “The Like Switch”

“The Like Switch” kitabını keçmiş FTB agenti Dr. Jack Schafer və Marvin Karlins yazıblar. Kitab kommunikasiya və dost qazanmaq barədə qiymətli məlumatlar təqdim edir. Schafer və Karlins, fiziki yaxınlıq, göz təması, səmimi təbəssüm, həqiqi təriflər və aktiv dinləmə kimi effektiv üsullarla insanlar arasında daha güclü və səmimi əlaqələr qurmağın yollarını izah edir. Bu kitab, sosial […]

Kitab tövsiyyəmiz: Ted kimi danış

“Wall Street” jurnalının bestseller siyahısında olan “TED kimi danış” kitabı insanlar qarşısında səlis çıxış etmək üçün faydalı nümunələr təqdim edir. Müəllif Carmine Gallo kitabında TED natiqləri tərzində sərbəst və maraqlı kommunikasiya qura bilmək üçün tövsiyələr verir.

Kommunikasiya zamanı niyə çətinlik yaşayırıq?

Kommunikasiya qurumların iş prosesindəki dəstəkləyici funksiyasıdır. Buna görə də effektiv iş mühiti dedikdə komanda heyəti və şəxslər arasındakı kommunikasiya da nəzərdə tutulur. Lakin statistik məlumatlara görə, işçilərin 57% -i düzgün feedback-lərin verilmədiyini, menecerlərin 69%-i işçilərlə ünsiyyət qurarkən rahat olmadıqlarını bildirir. Bəs niyə kommunikasiya zamanı çətinliklər yaşayırıq? Düzgün qurulmayan kommunikasiya qurumun dəqiq strategiyaya və məqsədlərə sahib […]

Kitab tövsiyyəmiz: Rework

New York Times bestseller-i olan “Rework” kitabı dünyada biznes sahəsində sensasiya yaratmış önəmli əsərlərdəndir. Kitab bizə bizneslə bağlı məlum olan bütün stereotipləri dağıdır. Kitabın müəllifləri David Heinemeier Hansson və Jason Fried əslində, uğurlu biznes qurmaq üçün milyonlarla pul və çoxlu işçi qüvvəsinə ehtiyac olmadığını deyir, öz şəxsi təcrübələri haqqında danışırlar. Onların verdiyi məsləhətlər düşünməyə, adi […]

“GZİT” təhlili nədir?

GZİT təhlili qurumunuzun, rəqiblərinizin və şəxsi performansınızın obyektiv baxışla ölçülməsi və qiymətləndirməsi üçün istifadə edilən metoddur. GZİT təhlilinin bütün bəndləri qurumunuz üçün yeni addım atmaqda, əldə etmək istədiyiniz naliyyətlərə daha yaxşı fokuslanmaq kimi qərarlarınızda sizə kömək edir. 1. İmkanlar Bu bölmədə məqsədinizə kömək edə biləcək xarici amilləri nəzərdən keçirin. Fürsətlər hər yerdədir. Sadəcə onları görmək […]

Hədəflər üçün “SMART” metodu

Məqsədlər biznesin/həyatın hər bir aspektinin önəmli hissəsidir. Yəni istər iş, istərsə də şəxsi həyatınızın hər anında hədəfləriniz olmalıdır. Həmçinin yazılmış bir çox fərdi inkişaf kitablarında sizə uzun vədəli, qısa vədəli və şəxşi hədəflər müəyyən etməyiniz tövsiyyə edilir. Bəs məqsəd və bu məqsədi yerinə yetirərkən çatmalı olduğumuz hədəf bizə nə üçün lazımdır? Hədəf təyin etmək ilk […]