New York Times bestseller-i olan “Rework” kitabı dünyada biznes sahəsində sensasiya yaratmış önəmli əsərlərdəndir. Kitab bizə bizneslə bağlı məlum olan bütün stereotipləri dağıdır. Kitabın müəllifləri David Heinemeier Hansson və Jason Fried əslində, uğurlu biznes qurmaq üçün milyonlarla pul və çoxlu işçi qüvvəsinə ehtiyac olmadığını deyir, öz şəxsi təcrübələri haqqında danışırlar. Onların verdiyi məsləhətlər düşünməyə, adi məsələlərə, köhnəlmiş nəzəriyyə və düşüncələrə yeni gözlə baxmağa imkan yaradır.