Eyzenhauer cədvəli 

Eyzenhauer cədvəli, vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üçün çox effektiv vasitədir. Bu metodla insanlar işlərini daha yaxşı və planlı icra edir, vaxtı səmərəli keçirirlər. Cədvəl tapşırıqları əhəmiyyət və təcililiyinə görə dörd xanaya bölməklə bu məqsədə çatır. Gəlin, bu xanaların hər birini daha ətraflı nəzərdən keçirək.

  1. Təcili və Əhəmiyyətli (Birinci Xana) 

Bu xanaya daxil olan tapşırıqlar həm təcili, həm də çox əhəmiyyətlidir. Belə ki, həmin işlər dərhal yerinə yetirilməlidir və icrası yüksək diqqət tələb edir. Cədvələ görə, bu işlər dərhal və effektiv şəkildə icra edilməlidir. Əks halda işinizdə ciddi problemlər yarana bilər. 

  1. Təcili, Amma Əhəmiyyətli Olmayan (İkinci Xana) 

Xanaya daxil olan tapşırıqlar təcili olsa da, əhəmiyyət baxımından aşağı prioritetlidir. Buraya adətən digər insanlardan gələn və vaxt tələb edən, lakin ümumi məqsədləriniz üçün o qədər də dəyərli olmayan işlər daxildir. Mümkündürsə, bu tapşırıqları başqalarına həvalə etmək və ya minimum vaxt sərf edərək icra etmək daha məqsədəuyğundur.  

  1. Əhəmiyyətli, Amma Təcili Deyil (Üçüncü Xana) 

Bu xanaya daxil olan tapşırıqlar əhəmiyyətlidir, lakin təcili deyil. Onlar adətən, şəxsi və peşəkar inkişaf üçün uzunmüddətli əhəmiyyət kəsb edir və əsas diqqət tələb edən işlərdəndir. Əsas məqsəd bu tapşırıqları planlaşdırmaq və onları gündəlik və ya həftəlik fəaliyyətlərinizə daxil etməkdir. Bu, onların təcili hala gəlmədən əvvəl yerinə yetirilməsini təmin edir.  

  1. Nə Təcili, Nə də Əhəmiyyətli (Dördüncü Xana) 

Bu xana ən aşağı prioritetə malik olan tapşırıqları ehtiva edir. Onlar nə təcili, nə də əhəmiyyətlidir və adətən, belə işləri icra etmək vaxt itkisidir. Bu xana ilə bağlı strategiya həmin tapşırıqlardan mümkün qədər qaçmaqdır. Bu xanadakı işlər minimum səviyyəyə endirilməli və ya tamamilə aradan qaldırılmalıdır.  

 Duayt Eyzenhauerin hazırladığı bu metodu sonradan “Eyzenhower Matrix” adlandırıb. O, bu üsuldan istifadə edərək ABŞ ordusunun generalı, daha sonra NATO Qüvvələrinin Ali Müttəfiq Komandanı, sonda isə Birləşmiş Ştatların prezidenti kimi qarşılaşdığı çoxsaylı əhəmiyyətli məsələləri rahatlıqla yerinə yetirə bilib.