Biz tez-tez küçədəki insanların başına gələn hadisələri müşahidə edirik, lakin bu anları fotoaparatla çəkmək tamamilə fərqli bir situsasiyadır. İctimai yerlərdə təsadüfi insanların şəklini çəkmək heç də asan deyil. Əminəm ki, bir çoxumuz maraqlı gündəlik vəziyyətləri kameralarımızın yaddaşına həkk etməyərək peşman olmuşuq. Bu məqalədə yeni başlayanlar üçün bir neçə küçə fotoqrafiyası məsləhətləri təqdim ediləcək. Ümidvarıq ki, litvalı fotoqraf Romanas Narişkinin “Yeddi addımda küçə fotoqrafiyası” adlı məqaləsinə əsaslanan bu yazı sizə fotoaparatınızdan daha sərbəst istifadə etməyə kömək olacaq.
1) Küçə Fotoqrafiyası nədir?
Küçə fotoqrafiyası ictimai yerdə, küçə, restoran, ictimai nəqliyyatda tətbiq edilən fotoqrafiya növüdür. Küçə fotoqrafiyasının məqsədi insanların gündəlik həyatına mane olmadan maraqlı görüntülər çəkməkdir.
2) Cəsarətli olun
Qarşılaşdığınız vəziyyətdən asılı olmayaraq sakit qalın və insanların ruh halını başa düşməyə çalışın. Ehtiyac olduğu hallarda cəsarətli davranın, lakin hüquqlarınızı bilin ki, qeyri-qanuni bir iş görməyəsiniz.
3) Diqqət çəkməyin
Foto çəkiliş edərkən çalışın maksimum diqqət cəlb etməyəsiniz. Belə olan halda insanları narahat etmirsiniz və təbii vəziyyəti qoruya bilirsiniz. İctimai yerdə kameranı bir nəfərə tuşlamısınızsa, yaxşı olar ki, fotonu çəkdikdən sonra, yəni obyektivin təbii halını pozmadan istədiyiniz kadrları əldə edib, həmin şəxsə yaxınlaşasınız və fotoları çap etmək üçün icazə alasınız. Bu daha etik davranışdır.
4) Hansı kamera və linzalardan istifadə etməlisiniz?
Çəkiyə, ölçüyə və ümumi funksiyasına görə Olympus OM-D E-M5 sizin işinizə yarayacaq. Geniş bucaqlı linzanlar, məsələn, 24-50mm çəkiliş üçün idealdır, lakin yaxşı məqamları hiss etməyi bacarırsınızsa, fotokameranın o qədər də önəmi yoxdur.
5) Tənzimləmələr
Bəzi küçə fotoqrafları avtomatik deyil, manual ekspozisiya tənzimlənmələrinə güvənməyi üstün tuturlar. Açıq havada günəş işığı və kölgələr tez-tez dəyişir. Belə olan halda avto rejimdə çəkiliş istənilən nəticəni vermir, lakin işığa uyğun olaraq tənzimləməni hər dəfə özünüz edəndə daha keyifyyətli fotolar əldə edirsiniz.
6) Sahənin dərinliyi əhəmiyyət kəsb etmir
Fotonun dərinliyi çox vaxt ən sadə görüntünün belə gözəl görünməsi üçün kifayətdir. Çalışmalısınız ki, obyektinizin arxa fonunda yetirəncə boş sahə, yəni dərinlik olsun. Əlbəttə, təkcə dərinliklə iş bitmir. Fotunun məzmunu və ötürmək istədiyiniz mesaj da mənalı və anlaşılan olmalıdır. Bütün bunlarla yanaşı fotoya dərinlik də qata bildikdə daha yaxşı nəticələr əldə edirsiniz.
7) Şəkil Keyfiyyəti
Küçə fotoqrafiyasında həmişə fotonu yüksək keyfiyyətdə çəkməyə çalışmalısınız. Yalnız fotonun əhval-ruhiyyəsinə və məzmununa uyğun olaraq, ehtiyac varsa, foto keyfiyyətini aşağı endirə biləriniz. Dediyimiz kimi məzmun önəmlidir. Məzmun yoxdursa, ən yüksək keyfiyyətdə çəkilmiş foto bizə sadəcə təmiz tonlar və rənglər təqdim edəcək, burada baxılası heç bir şey olmayacaq.