Tag Archives: bloq

Kəkələmə

Kəkələmə, bəzən sadəcə nitq pozuntusu kimi görünsə də, əslində, insanın özünü ifadə etməsi və başqaları ilə ünsiyyət qurmasında ciddi çətinliklərə səbəb olan bir problemdir. Həm uşaqlar, həm də böyüklər bu problemlə üzləşə bilər. Kəkələmə yalnız danışıqla bağlı çətinliklər yaratmır, bəzən insanın özünə inamına, sosial əlaqələrinə və psixoloji vəziyyətinə də mənfi şəkildə təsir edir.  Kəkələmənin bir […]

Kitab tövsiyyəmiz: “On Photography”

Susan Sontaqın “On Photography” kitabı fotoqrafiyanın sənət, mədəniyyət və cəmiyyət üzərindəki təsirlərini araşdırır. Sontaq fotoşəkillərin reallığı necə dəyişdirdiyini və cəmiyyətin yaddaşını necə formalaşdırdığını müzakirə edir. Bu əsər vizual mədəniyyətin təhlilinə dair bir çağırışdır və oxucunu fotoqrafiyanın həm estetikası, həm də daşıdığı mənalar haqqında düşünməyə dəvət edir.

Empatiya bacarıqlarının inkişafı

  Empatiya başqalarının duyğularını və yaşadığı emosiyaları dərindən dərk edib, bu hissləri özündə yaşamaq bacarığıdır. İstər şəxsi, istərsə də peşəkar münasibətlərin qurulmasında empatiya mühüm rol oynayır. Hər şeydən əvvəl bilmək lazımdır ki, dinləmə empatiyanın əsasını təşkil edir. Qarşı tərəfi diqqətlə dinləməklə onların fikirlərini, hisslərini və narahatlıqlarını daha yaxşı anlaya bilərsiniz. Digər insanların dünyaya necə baxdığını […]

Kommunikasiya nədir?

Kommunikasiya bəşəriyyətin yaranışı qədər qədim bir anlayışdır. İbditai icma dövründə mağara divarları üzərində çəkilən şəkillər kommunikasiyanın kökləridir deyə bilərik. Günümüzdə isə kommunikasiya cəmiyyətin ayrılmaz parçasına çevrilib. Bəs bəhs etdiyimiz bu ifadənin tərifi nədir? Kommunikasiya fərdlər və ya qruplar tərəfindən öz düşüncələrini, hisslərini, fikirlərini və ideyalarını çatdırmaq, anlamaq və bölüşmək üçün istifadə olunan prosesdir. Belə ki, […]

Eyzenhauer cədvəli 

Eyzenhauer cədvəli, vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üçün çox effektiv vasitədir. Bu metodla insanlar işlərini daha yaxşı və planlı icra edir, vaxtı səmərəli keçirirlər. Cədvəl tapşırıqları əhəmiyyət və təcililiyinə görə dörd xanaya bölməklə bu məqsədə çatır. Gəlin, bu xanaların hər birini daha ətraflı nəzərdən keçirək. Təcili və Əhəmiyyətli (Birinci Xana)  Bu xanaya daxil olan […]