Tag Archives: communicationacademy

Kitab tövsiyyəmiz: “On Photography”

Susan Sontaqın “On Photography” kitabı fotoqrafiyanın sənət, mədəniyyət və cəmiyyət üzərindəki təsirlərini araşdırır. Sontaq fotoşəkillərin reallığı necə dəyişdirdiyini və cəmiyyətin yaddaşını necə formalaşdırdığını müzakirə edir. Bu əsər vizual mədəniyyətin təhlilinə dair bir çağırışdır və oxucunu fotoqrafiyanın həm estetikası, həm də daşıdığı mənalar haqqında düşünməyə dəvət edir.

Kitab tövsiyyəmiz: “Contagious: How to Build Word of Mouth in the Digital Age”

“Contagious: How to Build Word of Mouth in the Digital Age” kitabı 2013-cü ildə Jonah Berger tərəfindən yazılıb. Kitab, əsasən, məhsul, ideya və ya məzmunun geniş kütləyə necə sürətlə yayıla biləcəyi mövzusunu araşdırır. Müəllif burda “Nə üçün bəzi şeylər populyar olur, digərləri isə olmur?” sualına cavab verir.