Kommunikasiya bəşəriyyətin yaranışı qədər qədim bir anlayışdır. İbditai icma dövründə mağara divarları üzərində çəkilən şəkillər kommunikasiyanın kökləridir deyə bilərik. Günümüzdə isə kommunikasiya cəmiyyətin ayrılmaz parçasına çevrilib. Bəs bəhs etdiyimiz bu ifadənin tərifi nədir? Kommunikasiya fərdlər və ya qruplar tərəfindən öz düşüncələrini, hisslərini, fikirlərini və ideyalarını çatdırmaq, anlamaq və bölüşmək üçün istifadə olunan prosesdir. Belə ki, […]
Category Archives: Bloqumuz
“Contagious: How to Build Word of Mouth in the Digital Age” kitabı 2013-cü ildə Jonah Berger tərəfindən yazılıb. Kitab, əsasən, məhsul, ideya və ya məzmunun geniş kütləyə necə sürətlə yayıla biləcəyi mövzusunu araşdırır. Müəllif burda “Nə üçün bəzi şeylər populyar olur, digərləri isə olmur?” sualına cavab verir.
Eyzenhauer cədvəli, vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üçün çox effektiv vasitədir. Bu metodla insanlar işlərini daha yaxşı və planlı icra edir, vaxtı səmərəli keçirirlər. Cədvəl tapşırıqları əhəmiyyət və təcililiyinə görə dörd xanaya bölməklə bu məqsədə çatır. Gəlin, bu xanaların hər birini daha ətraflı nəzərdən keçirək. Təcili və Əhəmiyyətli (Birinci Xana) Bu xanaya daxil olan […]
“The Big Short” filmi, 2008-ci il maliyyə böhranının səbəblərini və nəticələrini təsvir edən bir dramdır. Film Michael Lewis-in eyniadlı kitabına əsaslanır. Adam McKay-in rejissorluğunu etdiyi filmin baş rollarında Christian Bale, Steve Carell, Ryan Gosling və Brad Pitt kimi məşhur aktyorlar rol alıb. 2015-ci il istehsalı olan film ABŞ-da ipoteka bazarının çöküşü və bu çöküşün qlobal […]
Biz tez-tez küçədəki insanların başına gələn hadisələri müşahidə edirik, lakin bu anları fotoaparatla çəkmək tamamilə fərqli bir situsasiyadır. İctimai yerlərdə təsadüfi insanların şəklini çəkmək heç də asan deyil. Əminəm ki, bir çoxumuz maraqlı gündəlik vəziyyətləri kameralarımızın yaddaşına həkk etməyərək peşman olmuşuq. Bu məqalədə yeni başlayanlar üçün bir neçə küçə fotoqrafiyası məsləhətləri təqdim ediləcək. Ümidvarıq ki, […]
“The Like Switch” kitabını keçmiş FTB agenti Dr. Jack Schafer və Marvin Karlins yazıblar. Kitab kommunikasiya və dost qazanmaq barədə qiymətli məlumatlar təqdim edir. Schafer və Karlins, fiziki yaxınlıq, göz təması, səmimi təbəssüm, həqiqi təriflər və aktiv dinləmə kimi effektiv üsullarla insanlar arasında daha güclü və səmimi əlaqələr qurmağın yollarını izah edir. Bu kitab, sosial […]
Əvvəlki bloq yazımda qeyd etdiyim kimi “Benchmarking” anlayışı qurum və ya prosesin bazarda baş verən müsbət dəyişikliklərə uyğunlaşmasına, həmçinin inkişafına dəstək olan vasitədir. Burada baş verən dəyişikliklərə biznes mühitinin davamlı inkişafı, rəqiblərin yenilikçi işləri və s. aiddir. Bu dəyişikliklərin yoxlanılması istiqamətində “Benchmarking”i beş əsas növə bölürlər: 1. Ümumi müqayisə 2. Performans müqayisəsi 3. Rəqabət müqayisəsi […]
“Benchmarking” nədir? Məhsulun və ya xidmətin digər məhsul və ya xidmətlərlə müqayisəsi “Benchmarking” adlanır. “Benchmarking” aparılan müqayisə nəticəsində qurumunuzun/xidmətinizin əldə etməli olduğu funksiyaları, yenilikləri, həmçinin prosesləri görməyə kömək edir. Ümumillikdə “Benchmarking” rəqiblərinizlə aranızdakı fərqləri, üstünlükləri, əksiklikləri təqdim edən ölçmə metodur. Bu metodun məqsədi fəaliyyət istiqamətinzdən asılı olmayaraq sizi inkişaf etdirmək, eyni zamanda yeniliklər, fərqliliklər təklif […]
“Bilik və bacarıqlarımı necə inkişaf etdirə bilərəm?” sualı həm iş həyatında, həm də sosial həyatda bir çoxunuzu düşündürə bilər. Bu sualın cavabıysa fərdə, istəyə, bacarığa və s. kimi xüsusiyyətlərə görə fərqlənir. Bu fərqliliklərə nəzərən atmalı olduğumuz addımlar, demək olar ki, eynidir. Yəni bilməli olduğunuz əsas məsələ budur: Hər birinizin həyat tempi, maraqları, hobbiləri və […]
“Wall Street” jurnalının bestseller siyahısında olan “TED kimi danış” kitabı insanlar qarşısında səlis çıxış etmək üçün faydalı nümunələr təqdim edir. Müəllif Carmine Gallo kitabında TED natiqləri tərzində sərbəst və maraqlı kommunikasiya qura bilmək üçün tövsiyələr verir.