Category Archives: Xəbəriniz var?

Twitter-a Hekayə funksiyası əlavə olunur

Snapchat, Instagram, Facebook, WhatsApp, YouTube kimi populyar sosial media platformalarından sonra Twitter-da  da hekayə funksiyasını görəcəyik. Fleets adlanan hekayə funksiyası digər şəbəkələrdən biraz fərqlidir. Belə ki, hekayələri hər kəs görəcək, lakin onlara cavab vermək və retweet imkanı hər kəs üçün açıq deyil.  İstifadəçilər qarşılıqlı bir-birini izləyirsə və ya direkt mesajlar hər kəsə açıqdırsa, digər iki funksiyadan da yararlanmaq olur. […]

IKEA-dan evdən işləyənlər üçün virtual arxa fonlar

Pandemiya (COVID-19) ilə əlaqədar insanların əksəriyyəti karantin rejimində, iş yerlərinə getmədən evdən çalışırlar. Buna görə də əməkdaşlar komanda işində və ya işgüzar görüşlərdə video-konfranslardan istifadə etməli olur. IKEA şirkəti rəsmi görüşlər keçirən insanların ev şəraitində arxa fonlarının dağınıq və ya qeyri-rəsmi olacağı ehtimalına əsaslanaraq video-konfranslar üçün xüsusi dizayn edilmiş virtual, dekorativ arxa fonlar təqdim edib. […]

Kodak dünyanın ən böyük puzzle-ını satışa çıxarıb

Kodak, bir çox ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar evdə qalan insanların vaxtlarını daha əyləncəli keçirməsi üçün dünyanın ən böyük puzzle-ını satışa çıxarıb. Ümumilikdə 51300 hissədən ibarət puzzle-da dünyadan 27 mənzərə əks olunub. Hər mənzərə 1900 hissədən ibarətdir. Puzzle-ın ölçüsü isə 8,6 x 1,9 metrdir. Kodak bu iş üçün Cra-Z-Art şirkəti ilə əməkdaşlıq edib. […]

Zoom-da olan hesablar Dark Web-də satılıb

Koronavirus (COVİD 19) pandemiyasına görə evdən çıxa bilməyən insanlar görüşlərini videkonfranslar formasında keçirir. Videokonfranslar üçün isə ən çox istifadə olunan tətbiq ZOOM-dur. Pandemiya ilə əlaqədar ZOOM-da istifadəçi sayının kəskin artması ilə yanaşı, təhlükəsizliyi də gündəmə gəlib. Təhlükəsizliyə dair şübhələr yarandıqdan sonra Google və SpaceX şirkətləri əməkdaşlarına ZOOM-dan istifadəni qadağan edib. Distant təhsil üçün də istifadə […]

Covid19: Fast Food restoranlarında 60 min nəfərlik vakansiya

Koronavirus pandemiyasına görə dünyada milyonlar insan evdən çölə çıxmır, evdə işləyir və bütün ehtiyaclarını evdən təmin etməyə çalışır. Buna görə də onlayn sifarişlərin sayı kəskin artıb. İnsanlar yemək, geyim, kitab və digər ehtiyaclarını onlayn sifarişlərlə əldə edirlər. Buna görə Amazon, Walmart kimi şirkətlər müvəqqəti olsa da, çox sayda işçi qəbuluna başlayıblar. Təlabatlar siyahının ilk pilləsində […]

Məşhur brendlərin loqolarına dəyişiklik edildi

Koronavirus pandemiyası həyatı nə qədər iflic etsə də, insanlar mübarizə aparır və evdən də olsa, işləməyə, çalışmağa davam edirlər. Lakin, virusdan qorunmaq üçün hər kəsin əməl etməli olduğu sadə qaydalar var. Elə slovenyalı qrafik dizayner Jure Tovrljan da bu sadə qaydaları daha çox insana çatdırmaq üçün məşhur brendlərin loqolarına dəyişikliklər edib. Jure bildirib ki, loqolarda […]

COVID-19 görə Metropolitan Operası ödənişsiz canlı yayım edir

Dünyanın hər yerində artmağa davam edən Koronavirus Covid – 19-a görə əksər qurum və müəssisələrdə təhlükəsizlik tədbirləri görülür, insanların kütləvi toplaşdığı yerlərdəki fəaliyyətlər təxirə salınır. Bu vəziyyətin nə qədər davam edəcəyi isə hələlik məlum deyil, hər şey virusun yayılma və məhv edilmə sürətindən asılıdır. ABŞ-ın ən sıx şəhərlərindən olan Nyu Yorkda yerləşən məşhur opera binası […]

Çində avtomobil satışları koronavirusa görə 79% azalıb

Çin avtomobil bazarında fevral ayı üzrə satışlar koronavirusa görə 79% azalıb. Sonuncu dəfə belə hal 2005-ci ildə qeydə alınıb. Çin Avtomobil İstehsalçıları Assosiyasıyasının (CAAM) nümayəndəsi Chen Shihua bildirib ki, dünyanın ən böyük avtomobil bazarında fevral ayında 310 min ədəd nəqliyyat vasitəsi satılıb, bu isə ötən ilin fevral ayı ilə müqayisədə 20 dəfə azdır. CAAM Reuters-ə […]

BMW loqosunda 100 il sonra dəyişiklik edib

Almaniyanın məşhur BMW markalı avtomobil istehsalçısı loqosunda yenilik edib. BMW 2021-ci ildə istehsalına başlayacağı i4 konseptli yeni elektrikli avtomobilləri ilə yeni loqosunun da istifadəsinə başlayacaq. BMW ənənəvi loqo dizaynında 1917-ci ildən bəri istifadə olunan qara halqanı şəffaf halqa ilə əvəzləyib və 3D, işıqlandırma kimi effektləri loqodan çıxarıb. Dairənin daxilindəki mavi və ağ rənglər isə Bavariya əyalətinin […]