BMW loqosunda 100 il sonra dəyişiklik edib

Almaniyanın məşhur BMW markalı avtomobil istehsalçısı loqosunda yenilik edib.

BMW 2021-ci ildə istehsalına başlayacağı i4 konseptli yeni elektrikli avtomobilləri ilə yeni loqosunun da istifadəsinə başlayacaq.

BMW ənənəvi loqo dizaynında 1917-ci ildən bəri istifadə olunan qara halqanı şəffaf halqa ilə əvəzləyib və 3D, işıqlandırma kimi effektləri loqodan çıxarıb. Dairənin daxilindəki mavi və ağ rənglər isə Bavariya əyalətinin rəmzi olaraq saxlanılıb.

Markanın müdür müavini Jens Thiemer bildirib ki, şəffaf loqo ətrafa qarşı açıqlıq və dəqiqlik yaymaq üçün seçilib.