Koronavirus (COVİD 19) pandemiyasına görə evdən çıxa bilməyən insanlar görüşlərini videkonfranslar formasında keçirir. Videokonfranslar üçün isə ən çox istifadə olunan tətbiq ZOOM-dur.
Pandemiya ilə əlaqədar ZOOM-da istifadəçi sayının kəskin artması ilə yanaşı, təhlükəsizliyi də gündəmə gəlib. Təhlükəsizliyə dair şübhələr yarandıqdan sonra Google və SpaceX şirkətləri əməkdaşlarına ZOOM-dan istifadəni qadağan edib. Distant təhsil üçün də istifadə olunan ZOOM Sinqapur və Tayvanda da qadağan olunub.
İndi isə BleepingComputer adlı İnternet saytı bildirib ki, 500 mindən çox ZOOM hesabı ədədi 1 sentdən də aşağı qiymətə dark web-də satılıb, hələ çox sayda hesab pulsuz olaraq paylaşılıb.
Kiber təhlükəsizlik kəşfiyyat şirkəti Cyble, xakerlər arasında etibar qazanmaq üçün ZOOM hesablarının aprel ayının 1-dən pulsuz paylaşıldığını deyib.
Məsələn, bu fotoda Vermont Universiteti, Colorado Universiteti, Dartmouth, Lafayette, Florida Universiteti kimi bir çox ali təhsil müəssisəsinə məxsus 290 hesabın məlumatlarının bir hissəsi görünür. BleepingComputer bildirib ki, həmin hesablarda qeyd olunan e-mail-lərdən bəziləri ilə əlaqə saxlanılıb və hesabların gerçək olduğu təsdiqlənib.