Kodak dünyanın ən böyük puzzle-ını satışa çıxarıb

Kodak, bir çox ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar evdə qalan insanların vaxtlarını daha əyləncəli keçirməsi üçün dünyanın ən böyük puzzle-ını satışa çıxarıb.

Ümumilikdə 51300 hissədən ibarət puzzle-da dünyadan 27 mənzərə əks olunub. Hər mənzərə 1900 hissədən ibarətdir. Puzzle-ın ölçüsü isə 8,6 x 1,9 metrdir. Kodak bu iş üçün Cra-Z-Art şirkəti ilə əməkdaşlıq edib.

Hazırda puzzle-ın satış qiyməti 500 ABŞ dollarıdır.

mənbə: pazarlamasyon.com