Covid19: Fast Food restoranlarında 60 min nəfərlik vakansiya

Koronavirus pandemiyasına görə dünyada milyonlar insan evdən çölə çıxmır, evdə işləyir və bütün ehtiyaclarını evdən təmin etməyə çalışır. Buna görə də onlayn sifarişlərin sayı kəskin artıb. İnsanlar yemək, geyim, kitab və digər ehtiyaclarını onlayn sifarişlərlə əldə edirlər. Buna görə Amazon, Walmart kimi şirkətlər müvəqqəti olsa da, çox sayda işçi qəbuluna başlayıblar.

Təlabatlar siyahının ilk pilləsində isə Fast Food restoranlar gəlir. Elə buna görə də Fast Food restoranları içərisində böyük pay sahibi 3 restoran – Domino’s, Papa John’s və Pizza Hut da ehtiyacları olan müvəqqəti işçi sayını açıqlayıblar. Business Insider -in xəbərinə görə, Pizza Hut, ABŞ-da 30.000 -dən çox vəzifə üçün vakansiya elan edib. Papa John’s isə  20.000-ə qədər işçi üçün vakansiya   Domino’s isə təxminən 10.000 nəfərə yaxın işçi götürməyi planlaşdırır. Gordon Haskett araşdırma firması bildirib ki, 20 martdan sonra pizza sifarişində kəskin artış olduğunu təsdiqləyib.

Beləliklə, çox şirkətin virusa görə işçilərinin işinə xitam verdiyi və ya məzuniyyətə göndərdiyi bir vaxtda pizza restoranları işçi qəbuluna başlayıb.