Çində avtomobil satışları koronavirusa görə 79% azalıb

Çin avtomobil bazarında fevral ayı üzrə satışlar koronavirusa görə 79% azalıb. Sonuncu dəfə belə hal 2005-ci ildə qeydə alınıb.

Çin Avtomobil İstehsalçıları Assosiyasıyasının (CAAM) nümayəndəsi Chen Shihua bildirib ki, dünyanın ən böyük avtomobil bazarında fevral ayında 310 min ədəd nəqliyyat vasitəsi satılıb, bu isə ötən ilin fevral ayı ilə müqayisədə 20 dəfə azdır.

CAAM Reuters-ə hələ ötən ay məlumat verib ki, koronovirusa görə yaranan hal aprelə qədər davam etsə, satışlar ilk yarım ildə 10 faizdən çox, illik isə 5 faiz azala bilər.

Virusun daha çox yayıldığı bölgələrdən biri Hubei-də fəaliyyət göstərən Çin avtomobil bazarının 10%-ni təşkil edən Dongfeng Motor Group istehsalatı təxirə saldıqlarını açıqlayıblar. Dongfeng Motor Group-un partnyorları Honda Motor, Renault və Peugeot-dur.  Tesla da Shanghai-a avtomobil ixracını təxirə salmalı olub.

Lakin artıq Wuhan şəhərinin rəsmi nümayəndələri bu şəhərdə fəaliyyət göstərən bəzi önəmli sənayə mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına icazə verib və Honda şəhərdə limitli istehsalata başlayıb.

Ümumilikdə isə ABŞ-ın emissiyaya dair yeni standartlarına və tələblərinə görə Çin Avtomobil bazarında satışlar ötən il 8,2 % azalıb.

Mənbə: cnbc.com