Communication Academy-nin izləyicilərinə tövsiyə etdiyi filmlərdən biri də The Great Hack filmidir. Bu sənədli film rəqəmsal kommunikasiya və datanı öyrənənlər maraqlı olacaq.
The Great Hack sənədli filmi məlumat şirkəti olan Cambridge Analytica-nın sosial medianın qaranlıq tərəfinin simvoluna çevrildiyini ortaya qoyur. Cambridge Analytica sosial şəbəkələr üzərindən kredit kartı istifadəsini, veb axtarışları, insanların yerlərini, bəyənmələrini və digər çoxsaylı məlumatları toplayan və ildə trilyonlarla dollar qazanan bir şirkətdir. Həm Trump kampaniyalarını həyata keçirən, həm də Brexit’də işləyən Cambridge Analytica qısa müddətdə əlindəki məlumatları istifadə etməyə başlayır. Sənədli film Cambridge Analytica qalmaqalının fərqli tərəflərində olanların fərdi fəaliyyətlərinə yönəlib.