Dünyanın hər yerində artmağa davam edən Koronavirus Covid – 19-a görə əksər qurum və müəssisələrdə təhlükəsizlik tədbirləri görülür, insanların kütləvi toplaşdığı yerlərdəki fəaliyyətlər təxirə salınır. Bu vəziyyətin nə qədər davam edəcəyi isə hələlik məlum deyil, hər şey virusun yayılma və məhv edilmə sürətindən asılıdır.
ABŞ-ın ən sıx şəhərlərindən olan Nyu Yorkda yerləşən məşhur opera binası Metropolitan da Koronavirusun pandem elan edilməsindən sonra fəaliyyətini müvəqqəti dayandırıb. Lakin, proqramında nəzərdə tutulan bütün teatr tamaşalarını canlı yayımlamaq qərarına gəlib. Opera binası həftəlik repertuarını da açıqlayıb:
16 Mart : Bizet’s Carmen
17 Mart: Puccini’s La Bohème
18 Mart:Verdi’s Il Trovatore
19 Mart: Verdi’s La Traviata
20 Mart: Donizetti’s La Fille du Régiment
21 Mart: Donizetti’s Lucia di Lammermoor
22 Mart : Tchaikovsky’s Eugene Onegin
Tamaşalar Met Live hd İnternet saytı üzərindən yayımlanır.
Sosial həyatın məhdudlaşdırıldığı bu dövrdə texnologiyanın inkişafı sayəsində müəyyən həllər tapmaq və gündəlik həyatı davam etdirmək mümkün olur.
Mənbə: pazarlamasyon.com