Author Archives: Communication Academy

Flourish – data vizuallaşdırma xidməti

Hər jurnalist dizayner deyil, yaxud dizaynerin xidmətlərindən istifadə etməyə maddi və ya texniki imkanı yoxdur. Elə buna görə də, jurnalistlərin topladıqları datanı vizuallaşdırmaq üçün Flourish xidməti mövcuddur. Flourish.studio veb ünvanına daxil olaraq bu xidmətdən yararlanmaq mümkündür. Siz topladığınız dataya uyğun sxem, cədvəl, sütun və digər infoqrafiklarınızı burada hazırlaya bilərsiniz.

Java nədir?

Java Sun Microsystems mühəndislərindən biri James Gosling tərəfindən hazırlanıb. Hər bir əməliyyat sistemində işləyən və təhlükəsizliyə üstünlük verən  obyekt yönümlü proqramlaşdırma dilidir. İlk dövrdə kiçik cihazlarda istifadə üçün nəzərdə tutulmuş dil olan Java, C və C ++ dillərinə nisbətən daha yüksək və təhlükəsizlik iş və proqram inkişafı təklif etdiyi üçün, demək olar ki, hər yerdə […]

Film tövsiyəmiz: The Founder

Kiçik ama məhsuldar burger restoranı olan McDonald’s’ı kəşf edən və onu fast-food imperatorluğuna çevirən 52 yaşlı milkshake maşını satan Ray Kroc-un həyatından və biznes yanaşmasından bəhs edən “The Founder” filmi marketinqə marağı olanlar üçün vəsaitdir. Uğura gedən yol və əxlaq məsələləri arasındakı incə cizgini göstərən boqrafik dram John Lee Hancock-un rejissorluğu ilə ərsəyə gəlib.   […]

PR karyerasının doğru seçim olmasına dair 6 əlamət

PR gec kəşf edilsə, fənn kimi dərsliklərə gec düşsə də, həmişə marketinqin daxilində önəmli yer tutub. Lakin, zaman keçdikcə insanlar reklamları keçilə bilən, bloklana bilən texnologiyalarla həyatlarından çıxardıqca, PR-ın önəmi daha da artdı və mərkəzi mərhləyə keçə bildi. Sən də öz karyeranı PR sahəsində görürsən? Bəs sənin bacarıqların və xüsusiyyətlərin bu sahəyə uyğundurmu? PRdailiy.com-un təqdim […]

Apple ikonik göyqurşağı loqosuna qayıdır

Apple istifadəçiləri üçün məhsullarını tez-tez yeniləyir və modernləşdirir. Şirkətin elə ən böyük özəlliklərindən biri də modernliyi ön planda tutmasıdır. Bu ay Apple-ın mərkəzi evi Cupertino 7 parlaq rəngdə yeni iMac-lərin təqdimatını edib. Təqdimat video çarxında bir detal diqqəti çəkib. Yayımlanan reklam çarxının sonunda Apple-ın 1970-ci illərdə istifadə etdiyi göyqurşağı rənglərində loqosu görünür. Loqoda bəzi fəyişikliklər […]

Kitab Tövsiyəmiz: Influence. The psychology of persuasion

Marketinq və reklam sahəsi üçün vacib bacarıqlar arasında inandırma bacarığı mühüm rol oynayır. Çünki, fikrin ortaya çıxmasından həyata keçirilməsinə, qurulmasından inkişafına qədər hər mərhələdə inandırmaq bacarığına ehtiyac var. Məhz elə, Robert Cialdini yazdığı Influence – İnandırma Psixologiyası kitabı təkcə çalışdığınız müəssisədə deyil, həyatınızın (iş, məktəb, ictimai həyat) hər istiqamətində inandırma qabiliyyətinizi inkişaf etdirəcək. İnandırma mövzusunda […]

Üz-üzə kommunikasiyanın effektivliyi

Üz-üzə kommunikasiya yaxşı münasibətlər və insanlarla şəxsən əlaqə qurmaq üçün ən yaxşı imkandır. Qısa ünsiyyət asandır, lakin qarşınızdakının cavablarını diqqətlə dinləməlisiniz. Cavablar sizə həmin şəxsin maraqları və dəyərləri barədə çox şey öyrədir, ən əsası onunla ünsiyyətdə hansı dili işlədəcəyinizi müəyyənləşdirməyə kömək edir. Mindtools.com yazır ki, bəzən üz-üzə kommunikasiyada sizi “tələ”yə düşürə bilərlər. Sizə cavabını bilmədiyinz […]

Film Tövsiyəmiz: Hotel Rwanda

Real hadisələrə əsaslanan Hotel Rwanda filmi etnik münaqişədən bəhs edir. 2005-ci ildə işıq üzü görən filmin rejissoru Terry George, baş rol aktyorları isə  Don Cheadle, Joaquin Phoenix, Nick Nolte kimi aktyorlardır. Film münaqişə zamanı insanları xilas etməyə çalışan hotel müdirinə fokuslansa da, filmdə media işçilərinin diqqət etməli olduqları çox məqam var. Filmin əvvəlində radio aparıcısının […]

Yapon pivə markası Asahi Breweries yeyiləbilən bokallar hazırlayır

Dünyada kirliliyi azaltmaq üçün yeyiləbilən bokallar istehsal edən Asahi Breweries pivə markası eyni zamanda plastik tullantıları və plastik istifadəsini minimuma endirməyə çalışır. Modu adını verdikləri bu bokalları pivəni içdikdən onra yemək olar. Yüksək temperatur və təzyiqdə katrtof nişastasından hazırlanan bokallar içində maye saxlayacaq qədər dözümlüdürlər. Təkcə içki yox desert formalı yeməklərin də servis ediləbiləcəyi müxtəlif […]

Səsli söhbətlər 2.0: Kanallar, minlyonlarla dinləyici, söhbətlər

Telegram sosial şəbəkəsi səsli söhbət funksiyasını dekabr 2020-də istifadəyə vermişdi. Bugünlərdə isə şəbəkə səsli söhbətlər funksiyasını kanallar üçün də aktiv edib. Səsli söhbət kanallarında dinləyici sayında limit yoxdur. Telegram öz bloqunda bu barədə məlumat paylaşıb. Bu funksiya ilə kanallar və ümumi qrupların idarə edənlər milyonlarla dinləyiisi olan səsli söhbətlər təşkil edə biləcəklər. Bu funksiya 21-ci […]