Google sadə tapşırıqlarla pul qazandıran platformasını istifadəyə verib

GoogleOpinion Rewards tətbiqinə bənzəyən, lakin istifadəçilərin nağd pul qazandığı platformanı istifadəyə verib. Task Mate adlanan tətbiq istifadəçilərə kiçik və sadə tapşırıqlar verir və qarşılığında pul ödəyir.

Tətbiq Play Store kreditləri əvəzinə hər ölkə istifadəçisinin milli valyutasına uyğun ödəmə vəd edir. Task Mate hazırda yalnız Hindistanda istifadə oluna bilir. Burada qeydiyyatdan keçmək və işləməyə başlamaq üçün isə dəvət kodu lazımdır.

Hələlik işlər haqqında daha ətraflı məlumat yoxdur, lakin tətbiq hər kəsin edə biləcəyi tapşırıqları ilə tezliklə bütün dünyada çox istifadə olunan platformalardan birinə çevrilməyi hədəfləyir.