Kitab tövsiyəmiz: “Good strategy, bad strategy”

Dünyanın ən prestijli biznes mütəffəkkirlərindən biri ilə korporativ strategiya haqqında söhbətləşmək istərdinizmi? Bunu etmək üçün xüsusi görüş gözləməyə dəyməz, çünki “Good strategy, bad strategy” kitabı sizə bir söhbətdən artığını verir.

Richard Rumelt-in “Good strategy, bad strategy” kitabı ilə siz biznes-strategiyası və düzgün qərar vermə haqqında ətraflı məlumatla tanış olacaqsınız. Bu kitabda Rumelt yaxşı strategiyanı pisdən seçməyin yollarını izah edir və yaxşı strategiya həyata keçirməyin sirrlərindən danışır.

Müəllifin adı “The Economist” jurnalının dünyanın 25 ən vacib idarəedəni və korporativ təcrübə adamı siyahısına daxil edilib.