Jurnalist etikası həm beynəlxalq nizamnamələr, həm də təmsil etdiyiniz qurumun daxili kodeksi ilə nizamlanır. Burada ümumi etika qaydalarına da əməl etmək gərəklidir.
Jurnalist etikası geniş və həssas mövzudur. Aşağıda jurnalist etikasına dair bir neçə bəndi diqqətinizə çatdırırıq:
- Heç bir halda irqi, dini, cinsi ayrıseçkiliyə yol verməyin
- İnsanların dəyərlərinə hörmətlə yanaşın
- Reportajınız üçün mövzunu və qəhrəmanı özünüzdən uydurmayın
- Heç kəsdən mövzu və vasitə oğurluğu etməyin
- Sitatları təhrif etməyin
- Ailə üzvlərinizlə birbaşa və ya dolayı əlaqəli məsələləri işıqlandırmayın
- Reportaj hazırlayarkən mövzu ilə bağlı bütün tərəfləri dindirin
- Materialınızda tərəfə çevrilməyin, neytral qalın
- Müsahibin icazəsi olmadan onunla söhbət əsnasında suallarınıza cavab almağa çalışmayın
- Mənbənin təhlükəsizliyini qoruyun
- Material üçün tələb olunan xərcləri siz və ya təmsil etdiyiniz qurum ödəməlidir
- Müsahibləriniz heç bir halda sizin xərclərinizi ödəməməlidir
- Səhvlərinizi boynunuza alın və düzəldin