Vizual press-reliz alətləri

PR mütəxəssislərinin ən çox səsləndirdiyi suallardan biri, “Mətbuatda yayımladığım press-relizləri necə daha vizual edə bilərəm?” sualıdır. Əksər PR mütəxəssisləri vizual məzmunun vacib olduğunu başa düşürlər, lakin hələ də mətnə əsaslanan press-relizlərə güvənən sahə üçün vizual PR-a keçid çətin ola bilər.

Prezly.com-a istinadən təqdim etdiyimiz bu yazı vizual press-relizlər hazırlamaq üçün son bələdçinizdir.

Vizual məzmunu press-relizlərinizə daxil etməyin bir çox səbəbi var, amma ən böyük səbəb vizual məzmunun daha çox paylaşılmasıdır. Daha çox. Şəkilləri olan Facebook postları adi yazı-postdan 53% daha çox bəyənilir və belə postlara 104% daha çox şərh yazılır. Şəkilləri olan tweet-lərin retweet olma ehtimalı təxminən iki dəfə çoxdur. Və cəlbedici şəkillər olan məzmun, olmayan məzmundan 94% daha çox baxış əldə edir.

Şəkillər/fotolar

Görüntülər vizual PR -ı işlək edən əsas amillərdəndir. İstifadəsi asandır, əldə etmək ucuzdur və baxışları artırdığı sübut olunub, press -relizlərinizə şəkillər əlavə etmək daha yaxşı nəticələr verəcək.

Aşağıdakı nümunədə, Brussels Airlines-ın kommunikasiya komandası press-relizini daha maraqlı və cəlbedici etmək üçün şəkillər əlavə etdiyini görürük:

Şəkillər göz oxşayan, keyfiyyətli və məzmuna uyğun olduqda daha yaxşı işləyir. Ümumi stok şəkillərindən çəkinin. Bunun əvəzinə, yuxarıdakı nümunədə olduğu kimi hekayənizlə birbaşa əlaqəli şəkilləri seçin. Press-relizlər üçün yüksək keyfiyyətli şəkillərdən istifadə etmək daha yaxşıdır. E-poçt vasitəsilə press-relizinizi media ilə paylaşacaqsınızsa, yüksək keyfiyyətli, lakin kiçik ölçülü vizuallar daxil edin.

Videolar

İnstaqramda 15 saniyəlik videodan peşəkar şəkildə çəkilmiş reklamlara qədər – bütün videolar bir neçə saniyədə güclü duyğular və yaddaqalan hekayələr yaradan dünyanın ən təsirli nəqletmə vasitəsidir. Videolar, press-relizlərinizdə mətnlə ifadə etmək çətin olan komponentləri əlavə edir. Peşəkar videolar hazırlamaq üçün vaxt və xərc çəkməyin. Smartfonunuzla çəkilmiş manşetdən kənar bir Instagram videosu da eyni dərəcədə güclü ola bilər. Videolarınızı necə çəkəcəyinizdən asılı olmayaraq onları qısa və sadə etməyi unutmayın. Hekayəni çox çətinləşdirəndə tamaşaçını itirmək riski artır.
Serverinizdə kütləvi video faylları saxlamayın; onları YouTube və ya Vimeo-ya yükləyin. Bunun bir neçə faydası var: press-relizlərinizin veb səhifədə daha sürətli yüklənməsinə kömək edir, sosial mediada paylaşarkən avtomatik olaraq önizləmələr yaradır, bütün cihazlarda işləyir.
İnfoqrafikalar
Məlumatlara əsaslanan hekayəniz varsa, infoqrafika təbii seçimdir. Vizual olaraq cəlbedici, oxuması asan və viral potensialla dolu infoqrafika, məlumatlarınıza əsasən ümumi mənzərəni əks etdirir və oxucular üçün anlaşılan olur. Sadəlik, aydınlıq və yaxşı məlumatlar (datalar) uğurlu infoqrafikanın açarlarıdır. “Oxucuda bu məlumatlarla hansı təəssüratın yaranmasını istəyirəm?” sualı ilə başlayın və infoqrafikanı cavabın ətrafında tərtib edin.

İnfoqrafikalarınızı mətnə aydınlıq gətirmək üçün istifadə edin və ondan yayınmayın. Sadə, başa düşülən hekayə təqdim edən infoqrafika çoxlu statistika toplusundan daha yaxşıdır.

Bura qədər bildik ki, vizual məzmun, PR uğuru üçün vacibdir. İndi isə gəlib baxaq ki, bütün bu məzmunu yaratmaq üçün necə vaxt və büdcə tapmalısınız? 

Press-relizləriniz üçün daha çox vizual məzmun əldə etməyin iki yolu var – bunu özünüz edin və ya başqasına verin. Hansı düşərgədə olursunuzsa, olun, başlamaq üçün bir neçə ipucu var.

– Özünüz edin

Öz vizual məzmununuzu yaratmaq düşündüyünüz qədər çətin deyil və özünüzün hazırlamağı başqasına sifariş verməkdən daha ucuz başa gəlir. Bir smartfonunuz varsa, gözəl fotoşəkillər və videolar yaratmaq üçün lazım olan hər şeyə sahibsiniz. İş gününüz ərzində şəkillər və video çəkilişləri etməyi vərdiş halına gətirin.

Vizual kontent hazırlamaq üçün bir neçə platforma:

  • PowerPoint
  • Canva
  • Placeit
  • Adobe Voice
  • Wistia

– Sifariş verin 

Vizual kontent hazırlamaqdan yorulduqda və ya məzmun yaratmaq üçün məhdud mənbələrə sahib olduğunuzda, ağır yükü başqasının etməsinə icazə vermək çox vaxt məntiqlidir. Başqasının sifariş əsasında məzmun hazırlaması bahalı olmaq məcburiyyətində deyil, lakin baha da başa gələ bilər.

Xidmətindən yararlanacağınız standart agentliklərlə yanaşı, uyğun büdcələr və müddət təklif edən bir neçə variant da var:
  • Visual.ly.
  • 99 Designs.
  • Freelancers.
  • Free stock images.
Sonda, onu deyək ki, press-relizlərinizə vizual məzmun əlavə etmirsinizsə, böyük fürsəti əldən verirsiniz. Redaktorların hazırki tələbi budur. Medianın buna ehtiyacı var. Odur ki bundan sonra press-relizlərinizə vizual məzmun əlavə etməyi unutmayın.