TikTok üçün əyləncəli rəqs videosu çəkməklə sizi bir gecədə məşhurlaşdıracağını düşünmək asandır. Lakin Influencer-a çevrilmək üçün bir trend tapmaqdan daha çox, markanı sıfırdan qurmaq bacarığı tələb olunur. Siz marka üçün ardıcıl və strateji planlaşdırma etməlisiniz.
Bütün sahibkarlar kimi, uğurlu Influencer-lar da həmişə karyeralarını qurmağa nəyə həvəsli olduqları və hansı məzmunun onların istedadlarına uyğun gəldiyi barədə fikirlərlə başlayırlar.
Bəs uğurlu Influencer-a necə çevrilmək olar?
CNBC xəbər saytına verdiyi müsahibəsində Influencer Jay Baer uğurlu TikTok Influencer-ları üçün lazımlı üç strategiyanı təsvir edib:
Birinci strategiya tamaşaçıda emosiya yaratmaqdır. Baer-ə görə, bunlar TikTok-da böyüməni təmin edən beş emosiyadır:
1. Xoşbəxtlik
2. Kədər
3. Gülüş
4. Qəzəb
5. İlham
İkinci strategiya izləyici ilə yaxınlıq yaratmaqdır. Baer deyir ki, “bu zaman izləyicilər Influencer-ın həyatının bir hissəsi olduqlarını hiss edirlər. Buna görə TikTok-da Instagram və ya YouTube-dan daha çox “xam” istehsal görürsünüz. Bu, daha real hiss bağışlayır.
Üçüncü və sonuncu strategiya faydalılıqdır. Baer izah edir ki, “TikTok-dakı ən yaxşı hesabların çoxu YouTube-dakı ən yaxşı hesablara bənzəyir, çünki onlar sadəcə insanların tapmaqda çətinlik çəkdiyi suallara cavab verirlər”.