PR özü reklam, marketinq, menecment, media, insan resursları kimi digər sahələrlə də əlaqədə olduğu üçün bəzi hallarda PR mütəxəssisin vəzifə məsuliyyətinə aid olmayan məsələlərdə də ondan addımlar atması gözlənilir. Belə bir qarışıqlığın olmaması üçün Türkiyənin kariyer.net portalı PR müətəxssisin vəzifə öhdəliyinə daxil olan xüsusiyyətlərin siyahısını hazılrayıb. Siyahı aşağıdakı kimidir:
- Böhran hallarında sakitliyinə qoruyaraq faydalı qərarlar vermək;
- Vəziyyətə uyğun olaraq fərqli iş saatlarında çalışmaq;
- Komanda işinə uyğunlaşmaq;
- Ezamiyyətlə bağlı narahatlığı olmamaq;
- Media kanallarından effektiv istifadə edə bilmək;
- İş və vaxt bölgüsünü düzgün apara bilmək;
- Səlis nitqə sahib olmaq;
- Şifahi və yazılı kommunikasiya bacarığına sahib olmaq;
- Stress altında işləyə bilmək;
- Xarici görünüşünə diqqət yetirmək;
- MS Office proqramlarını bilmək.