David Epstein peşəkar idmançılardan tutmuş Nobel mükafatı laureatlarına qədər onlarla uğurlu insanın həyatını araşdıraraq sübut edir ki, erkən ixtisaslaşma qayda deyil, istisnadır. Gənc yaşda aləti əlinə almaqdansa, müxtəlif mövzularla məşğul olaraq yolunu gec tapanlar daha yaradıcıdırlar və bir sahədə ixtisaslaşmış insanların görə bilmədiyi əlaqələri daha asan qururlar.
Kitab öyrənməyin ən yaxşı yolunun testdən keçmək olduğunu və uğurlu karyeraların tez-tez işi tərk edənlərdə olduğunu iddia edir. Mütəxəssislərin keçmişdə gördüyü işlər indi kompüterlərin əlində olduğundan, gələcəyin liderlərinin geniş düşünə bilən və fərqli təcrübələri mənimsəyə bilənlər olacağını ortaya qoyur.