İctimaiyyətlə Əlaqələr vəzifəsi üçün vakansiyaya müraciət etdikdə müşayiət məktubu yazmaq iş axtarışınızda mühüm addımdır. Bu işəgötürənlər üçün sürətli istinad sənədidir. Məktubda vəzifəyə olan həvəsinizi ehtiva etməli və bu işdə nə üçün doğru insan olduğunuza dair arqument təqdim etməlisiniz. Bu, işəgötürənin sizin barənizdə doğru qərar verməyinə kömək edir.
ABŞ-ın Betterteam.com saytının verdiyi məlumata görə, ictimaiyyətlə əlaqələr vəzifəsinə düzgün müşayiət məktubu yazmaq üçün aşağıdakı addımlar yerinə yetirilməlidir:
- Məktuba girişi qısa edin. Üç cümlədən çox olmayaraq işəgötürənə hansı vəzifəyə müraciət etdiyinizi bildirin.
- Niyə bu vəzifə ilə maraqlandığınızı izah edin.
- PR bacarıqlarınızı, eləcə də keçmiş ictimaiyyətlə əlaqələr təcrübənizi vurğulayın.
- Təcrübənizin və bacarıqlarınızın bu vəzifə ilə necə əlaqəli olduğunu, bu təcrübəni necə tətbiq edə biləcəyinizi və niyə özünüzü uyğun namizəd hesab etdiyinizi əlavə edin.
- Yazı bacarıqlarınızı göstərin. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxslər press-relizlərin hazırlanmasına və göndərilməsinə cavabdehdirlər, ona görə də işəgötürənlərə güclü yazı bacarıqlarınız olduğunu göstərmək vacibdir.
- Ünsiyyət bacarıqlarınızı vurğulayın. Müşayiət məktubunuzda güclü ünsiyyət bacarıqlarınızı və keçmişdə uğur qazanmaq üçün onlardan necə istifadə etdiyinizi qeyd etdiyinizdən əmin olun.