LinkedIn-i səmərəli istifadə etməyin 7 yolu

Peşəkar kommunikasiya üçün lazım olan alətlərdən biri də LinkedIn də dolğun profilin yaradılmasıdır. Bunun üçün lazım olan məqamları isə türkiyəli mütəxəssis Mehmet Can Doğan 7 bənddə toplayıb.

Həmin bəndlər bunlardır:

Doğru profil fotosu seçin

LinkedIn profil fotonuzda sizdən başqa heç kəs olmalı deyil. Tətil, gəzinti, mənzərə və ya peşə sahənizə aid olmayan fotoların istifadəsindən yayınmalısınız.

Profil məlumatlarınız CV-nizlə eyni olmalıdır

CV-nizdə olan bütün məlumatlar profilinizdə əks olunmalıdır. Əksik məlumatlar iş üçün müsbət cavab almağınıza mane olur. Bacarıqlarınız, sertifikatlarınız, xarici dil biliyiniz, təcrübələriniz burada əks olunmalıdır.

Haqqınızda yazılan şərhlər

Sizin əvvəlki iş yoldaşlarınız, müdiriniz və digər peşəkar müstəvidə tanışlarınızın sizin haqqınızda yazdığı şərhlər sizə olan inamı artırır.

Könüllülük proqramlarında iştirakınız 

Könüllü fəaliyyətiniz maaşlı işiniz qədər önəmlidir. Son vaxtlar işəgötürənlər buna xüsusi diqqət verirlər. Könüllülük proqramlarında iştirakınız profilinizi daha da möhkəmləndirir.

Sahənizə aid olan qruplara üzv olun

Sizin sahədə çıxan son xəbərlər, iş elanları, əsas başlıqlar və bir çox digər məlumatları məhz belə qruplardan əldə edirsiniz. LinkedIn qruplarında sahənizə dair bütün məlumatları öyrənirsiniz.

 Əlaqələr qurun

LinkedIn-in önəmli xüsusiyyətlərindən biri əlaqələr qurmaqdır. Sizin sahənizdə işləyən insanlarla əlaqə yaradın. Əlaqələrinizin çox olması, axtarışda daha çox nəticə çıxaracaq. Bu əlaqələr iş üçün müraciətlərinizdə sizə faydalı olacaq.

Profilinizin aktiv olmasına diqqət yetirin

Haqqınızda məlumatlar, təcrübəniz və fotonuz başda olmaqla sizin iş dünyasına açılan pəncərəniz LinkedIn profilində yerləşən bütün məlumatlar tez-tez yenilənməlidir. Profilinizdəki məlumatların yenilənməsi sizin işəgötürənlərlə sağlam münasibət qurmağınıza kömək edəcək.