Dizaynda birinci prinsip bütün elementlərin vizual vahidi təşkil etməsidir. Dizaynda istifadə olunan elementlər yekunda görmək istədiyiniz mənzərəni ortaya çıxarmalı, artıq, lazımsız və bütövdən ayrı görünən elementlərə yer vermək lazım deyil.
Dizayn işində dəyişməz və əsas 5 komponent var. Hər işinizdə və ya sizə təqdim oulnan hər dizayn nümunəsində bu 5 komponentə diqqətli yanaşsanız, nəticə bəyənilən olacaq. Microsoft şirkətinin hazırladığı özündə bu 5 komponenti ehtiva edən Fluent Design – istifadəçinin qrafik dizayn dili ilk dəfə 2017-ci ildə Microsoft Build konfransında təqdim olunub.
Həmin komponentləri sizə təqdim edirik:
– İşıq. İşıq istifadəçinin dizaynla qarşılıqlı əlaqə qurmasına və elemetlərə yaxından diqqət yetirməsinə kömək edir.
– Dərinlik. Dərinlik, elementlərin müstəvidə bir-birinə nisbətən hansı məsafədə yerləşməsini nəzərə çatdırır.
– Hərəkət. Hərəkət istifadəçinin interfeyslə dinamik qarşılıqlı əlaqəsinin indikatorudur.
– Material. Materialda təkcə palitra deyil, dizaynda istifadə olunan elementlərin fiziki materialının xüsusiyyətlərini müəyyənləşdirir.
– Həcm. Həcm dizaynda əks olunan elementlərin forması, ekran ölçüsü, 0D -dən 3D-yə qədər faktorları özündə birləşdirir. Elementlər öz ekran görünüşlərini müxtəlif ölçü vahidləri əsasında alır.