PR mütəxəssis niyə jurnalist kimi davranmalıdır?

Fortune 100 şirkətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri bir dəfə təəssüflə deyib ki: “Bəzən, mən düşünürəm ki, jurnalist olanda şirkətim haqqında daha çox məlumatlıydım, nəinki indi.”

PR Daily-nin müəlliflərindən olan Tom Corfman PR mütəxəsislərinin jurnalist kimi fəaliyyət göstərməsinin faydalarından yazıb. Belə ki, jurnalist kimi davranmaqla sizi qarşıda nəyin gözlədiyini bilirsiniz. Çünki, müəyyən araşdırmalar edir və hadisələrin sizi hara apardığını bilirsiniz. Tək üstünlük bu deyil. Jurnalist kimi davrananda sizin ünsiyyət bacarığınız artır, müştərilərinizi və komandanızı daha yaxşı tanıyırsınız.

Jurnalistikaya əsaslanaraq işinizi görəndə siz sual verməkdən çəkinmirsiniz. Özünüz PR sahəsinin mütəxəssisi olsanız da, jurnalist instinkti ilə daim öyrənmək, soruşmaq istəyiniz güclənir və çəkinmədən sizə qaranlıq qalan məqamları soruşa bilirsiniz. Nəzərə alın ki, insanlar adətən gördükləri iş barədə danışmağı sevirlər.

Jurnalistikaya diqqət ayırdıqda özünüzün də informasiya əldə etmə bacarığınız artır. Siz əvvəlcədən sualları hazırlayıb, nizamlayırsınız, plan qurursunuz. Elə jurnalistika məktəblərində öyrədilən ilk mövzulardan biri budur ki, məlumat əldə etmək üçün iki bacarıq lazımdır – hazırlıq və inadkarlıq. Məsələn, sualları verərkən adi danışıq tonu seçin, informasiya almaq üçün qarşınızdakını sorğuya çəkirmişsiz kimi hiss oyatmayın, lakin söhbətin yayınmasına da imkan verməyin.

Jurnlistlərin mənbələri olur. hətta, onnların sizin şirkətə əsaslanan mənbələri olur. Bəs sizin niyə mənbələriniz olmasın? Mənbələr tapmaq şəbəkəyə bənzəyir, amma fərqlidir. Mənbələrlə əlaqə qurarkən məlumat mübadiləsi təşviq edilir. İnsanların sizlə danışmağını istəyirsinizsə, əvvəlcə siz onlarla danışın, ünsiyyət və əlaqə yaradın. Onlar sizə etibar etdikdə lazımlı məlumatı da ötürəcəklər.