Yaxşı fotoqraf olmaq sadəcə ən yaxşı fotokameraya sahib olmaq deyil, başqalarının görmədiyi yerdə fərqi qavramaq və onu fotoşəkildə əks etdirmək üçün müəyyən bacarıqların olmasıdır.
Fotoqrafiya bacarıqlarınızı inkişaf etdirmək üçün aşağıdakı tövsiyələri nəzərə alın:
- Kommunikasiya bacarıqları
Peşəkar fotoqraf olmaq insanlarla işləmək deməkdir- istər müştəri, istər model, istərsə də fotoqrafiya həmkarı. Beləliklə, yaxşı fotoqraflıq həm də insanlarla düzgün kommunikasiya bacarığı tələb edir.
- Həvəs
Etdiyiniz işə həvəsli olduğunuz zaman işiniz həmişə parlaq olacaq. Peşəkar bir fotoqraf kimi bunu etmək çox vaxt səy tələb edir. Məhz uğur qazanmağı bacaranlar öz sənətinə həqiqətən həvəsli olanlardır.
- Detallara diqqət
Yaxşı fotoqraaf, fotodakı bütün elementlərin- işıqlandıma, kompozisiya, mövzu və aralarındakı hər şeyin- düzgün görüntü və ya mesajı çatdırmaq üçün ahəngdar şəkildə işləməsini təmin etməlidir.
- Səbr
Mükəmməl işığı gözləmək, ağlayan körpələr, hiperaktiv heyvanlar və çətin müştərilərlə mübarizə aparmaq üçün kifayət qədər səbirli olmalısınız.
- Yaradıcılıq və təxəyyül
Yaxşı fotoqraf adi, hətta qeyri-adi bir şeyə baxmağı bacarmalı və gördüklərini şərh etmək üçün fərqli yollar taparaq fotolar vasitəsilə çatdırmalıdır.