Uğur qazandıran “5 Saat” qaydası

Hər gün yeni bacarıqlar öyrənmək üçün vaxt ayırmaq həyatınıza və karyeranıza müsbət təsir göstərir. Vaxt bölgüsündən düzgün istifadə isə bir qədər çətin məsələdir. “5 saat qaydası”nı tətbiq etməklə bu çətinliyi həll etmək mümkündür. Bu, həftədə 5 saatınızı özünüzə ayıraraq yeni məlumatlar öyrənmək anlayışıdır.

Beş saat qaydası nədir?

Bu, həftənizin ümumilikdə 5 saatını və ya hər iş gününüzün 1 saatını özünüzə ayıraraq yeni bilik və bacarıqlara yiyələndiyiniz faydalı zaman anlayışıdır. Qaydanı tətbiq edərkən vaxtı üç ayrı kateqoriyaya bölmək vaxtın səmərəli istifadəsinə uyğundur.

İstifadə zamanı insanlar əsasən zamanı 3 kateqoriyaya bölür:

Oxu: Kitab oxumaq həm sizin istirahətinizə həm də biliklərinizi artırmağa kömək edir. Bu zaman siz müəyyən hədəflər seçməli və buna uyğun hərəkət edərək özü  Vaxtdan mümkün qədər səmərəli istifadə etmək, gündə müəyyən sayda fəsil və ya ayda neçə kitab oxumalı olduğunuzu hədəfləməlisiniz.

Əks etdirmə: Öyrəndiyiniz məlumatları təhlil edərək gündəlik həyatınızda və işinizdə təcrübədən keçirin. Bu, öyrəndiklərinizin real mühitdə faydasını görməyinizə və inkişafınıza səbəb olacaq.

Təcrübə: Çoxdandır ağlınızda olan ideyaları və nəzəriyyələri praktikada tətbiq edin. Nəzəri biliklərinizi praktikada tətbiq etmək yaradıcılığınızı təkmilləşdirə və yeniliklər yaratmağınıza kömək edəcək.

Bu qaydadan istifadə, həm şəxsi, həm də peşəkar inkişafa səbəb olmaqla yanaşı, yeni bacarıq və biliklər əldə etməyə kömək edir. Həmçinin müəyyən mövzular üzrə biliklərinizi aktual saxlayacaqdır.