E-poçt xidməti – bir tərəfdən işçilərinizlə, digər tərəfdən müştərilərinizlə ünsiyyət qurmağın ən təsirli yoludur. İstehlakçıların 72% -nin fikrincə, e -poçt marketinq kommunikasiyasının ən çox seçilən formasıdır. Əlavə olaraq, e -poçt, potensial müştəriləri qazanmaq üçün sosial mediadan 40 qat daha təsirli olur. Bu səbəbdən e-poçt vasitəsilə kommunikasiya müəssisələr üçün tamamilə əvəzolunmaz əlaqə vasitəsidir.
Bəs qurumlar peşəkar e -poçt ünsiyyəti üçün nə etməlidir?
İşiniz üçün e-poçt ünvanı yaratmaq sadə görünə bilər, ancaq əvvəlcə korporativ bir e -poçt xidməti satın alacağınızı yoxsa pulsuz e-poçt xidmətindən istifadə edəcəyinizi müəyyənləşdirməlisiniz. Hotmail, Gmail və ya Yahoo kimi pulsuz e -poçt xidməti təminatçıları, korporativ e -poçt ehtiyaclarınız üçün asan həll kimi görünsə də, peşəkarlıq və keyfiyyət cəhətdən yoxsun görünür. Ancaq şirkətinizin adının yanında sizin adınız olan korporativ e-poçt ünvanınız varsa, bu, markanızın etibarını artırmağa və marka imicini yaratmağa kömək edir.
BrandingTürkiye-nin yazdığı məqaləyə əsasən, korporativ e-poçt ünvanından istifadə etmək bir neçə səbəbdən vacibdir:
- Korporativ e-poçt ünvanı etibarlılığı təmin edir və müştərilərinizə rəsmi və ya qanuni bir qurum olduğunuzu bildirir.
- Domen adınız olan e-poçt ünvanı unikal və yaddaqalandır.
- Ayrı bir iş e-poçtunun olması sizi nizamlı edir. Bu həm də şəxsi və iş vəzifələrinizi qarışdırmamağa kömək edir.
- Korporativ e-poçt, yeni işçilər üçün e-poçtu asanlıqla aktivləşdirməyə və işdən çıxan əməkdaşlarınız üçün e-poçtu deaktiv etməyə imkan verir.