Kitab tövsiyəmiz: Trust Me I’m Lying

İyirmi birinci əsrin media ekosistemini, onlayn medianın qəzəb və qorxu ilə insanları qütbləşdirməsini göstərən kitablardan biri Ryan Holiday-in “Trust Me I’m Lying” (İnan ki yalan danışıram) kitabıdır. 2012-ci ildə dərc olunan kitab onlayn medianın siyasətə və cəmiyyətə təsirindən danışır.

Ryan-ın gəldiyi qənaət belədir ki, iri, xırda və ya müəyyən media qurumu ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bütün bloqlar müəyyən iqtisadi maraq əsasında fəaliyyət göstərir. Buna görə də bloqlar daim oxucu sayını artırmağa çalışırlar. Kitab onlayn medianın necə işlədiyini və insanların necə manipulyasiya olunduğunu açıq formada izah etdiyi üçün önəmlidir. Kitab həm də onlayn mediada yazılanları düzgün analiz etmək və fake xəbərləri aşkarlamağa kömək edir.

Kitabda bloqçuluq barədə ağlınızda saxlamalı olduğunuz 3 dərs var.
1. Bloq biznessdir. Həmişə.
2. İnsanların marağını cəlb etdiyi müddətcə bloqlar cəfəngiyyat yaymağa davam edəcəklər.
3. Bloq sənayesi ictimai formada “cadugər ovu”nun yeni mərhələsidir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =