Communication Academy peşəkar PR və Kommunikasiya biliklərinin tədris etməklə yanaşı, bu sahədə müxtəlif layihələr həyata keçirməyi, mütəmadi təhlillər aparmağı, beynəlxalq PR qurumları ilə yerli PR-çılar arasında körpü rolunu oynamağı hədəfləyir.
Communication Academy-nin təsisçisi Fullbright/Hubert H. Humprey təqaüd proqramı üzrə Maryland Universitetinin məzunu, PR və Kommunikasiya mütəxəsisi Azər Nəzərovun sözlərinə görə, akademiya ənənəvi metodlardan uzaq, dünyanın aparıcı təhsil mərkəzləri tərəfindən qəbul olunmuş yeni tədris üslublarından istifadə edərək PR, Marketinq, Media kimi sahələr üzrə tədris modulları tətbiq edəcək:
“İllər ərzində PR, Media, Marketinq kimi Kommunikasiya sahələri üzrə toplamış olduğumuz tədris, iş, beynəlxalq, yerli təcrübə və əlaqələri bu sahəni dərindən öyrənmək, peşəkarlığını artırmaq və eyni zamanda, akademik olaraq formalaşmaq istəyənlər üçün əlçatan etmək qərarına gəldik. Buna görə də, Communication Academy-ni ənənəvi tədris mərkəzi, kurslar və bənzəri proqramlarla bir tutmaq olmaz. Burada dünya tələblərinə uyğun tədris proqramı ilə yanaşı, elmi araşdırmalar, təhlillər və sözü gedən sahə üzrə müxtəlif layihələr icra olunacaqdır”.
Qeyd edək ki, Communication Academy Tədris proqramına 15 noyabrdan etibarən start versə də, Noyabr ayının birindən müxtəlif PR və Kommunikasiya layihələrinin icrasına başlayır.
Communication Academy haqqında daha ətraflı məlumatı communicationacademy.az saytında və akademiyanın sosial şəbəkələrdəki səhifələrindən əldə edə bilərsiniz.