“Bilik və bacarıqlarımı necə inkişaf etdirə bilərəm?” sualı həm iş həyatında, həm də sosial həyatda bir çoxunuzu düşündürə bilər. Bu sualın cavabıysa fərdə, istəyə, bacarığa və s. kimi xüsusiyyətlərə görə fərqlənir. Bu fərqliliklərə nəzərən atmalı olduğumuz addımlar, demək olar ki, eynidir.
Yəni bilməli olduğunuz əsas məsələ budur: Hər birinizin həyat tempi, maraqları, hobbiləri və boş vaxtlarını keçirmə tərzi bir-birindən fərqlənir. Buna görə də, inkişafınızı dəstəkləyən fəaliyyətləri öz həyat tərzinizə uyğunlaşdırmağı və istədiyiniz kimi fərdiləşdirməyi bacarmalısınız.
Seçimlər əlbəttə ki çoxdur, lakin şəxsi inkişafınıza təkan verən əsas amillər haqqında tövsiyələrimiz doğru seçim etməyinizə dəstək olacaq:
– Fiziki fəaliyyəti həyatınızın bir hissəsinə çevirin:
Yəqin ki, bəzən yatağınızdan qalxmaq istəmədiyiniz günlər olub. Əmin olun, belə hiss edən tək siz deyilsiniz. Bilməli olduğunuz məqam isə hərəkətsizliyin həyatınıza gətirdiyi mənfi nəticələrdir. Aktiv həyat tərzi sizin daha çox motivasiyalı olmağınıza, həmçinin işlərinizi həll edərkən yorğunluq səviyyənizin aşağı olmasına kömək edəcək.
– Sosiallaşmağı unutmayın:
Unutmaq olmaz ki, insan sosial varlıqdır. Sosiallaşdıqca, informasiya axınına məruz qaldıqca yeni prespektivlər qazanmağınız qaçınılmazdır. Sosiallaşmağa və həyatınıza yeni fikirlər əlavə etməyə çəkinmədiyiniz zaman özünüzü daha da yaxşı inkişaf etdirə bilərsiniz.
– Vərdişlərinizi yenidən dəyərləndirin:
Şəxsi inkişafda sizi ən çox geriyə aparan məqamlardan biri şübhəsiz ki, pis vərdişlərinizdir. Sözügedən vərdişlərlə mübarizə aparmasanız, özünüzü tez və ya kifayət qədər inkişaf etdirməkdə çətinlik çəkə bilərsiniz. Bu səbəbdən həyatınızda sizə mənfi təsir edən asılılıqları və vərdişləri aradan qaldırmalısınız. Bunun həlli yollarını düşünməli və buna çalışmalısınız